Mədəniyyət Nazirliyi yanında Mədəni İrsinQorunması, İnkişafı Bərpası üzrə DövlətXidmətinin dəstəyi iləKeşikçidağDövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində AMEAArxeologiya Antropologiya İnstitutunun şöbəmüdiri dosent Bəxtiyar Cəlilovun rəhbərliyi iləarxeoloji qazıntıların birinci mərhələsi uğurlayekunlaşıb.

Qoruqdan AZƏRTAC-a bildirilib ki, Keşikçidağərazisində aparılan bu tədqiqatlarda əsas məqsədərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmidövriyyəyə cəlb edilməsi, onların elmi potensialınınmüəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinintədqiqi təbliği ilə əlaqədardır.

Qoruq ərazisində aparılan elmi tədqiqat arxeolojiqazıntılar zamanı aşkarlanmış maddi mədəniyyətnümunələri bu ərazinin qədim sakinlərinin təsərrüfathəyatının, sosial-iqtisadi münasibətlər sisteminin, tayfaməskunlaşmasının dini dünyagörüşünün bəzixüsusiyyətlərini aydınlaşdırmağa imkan verib.

Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılaraparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgölkəndindən 600 metr şimal-şərq istiqamətində qeydəalınmış kurqanlardır. Bu kurqanın maraqlı cəhətiondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çaydaşlarından kromlex şəklində əhatə olunub. Adətənqoruq ərazisində aparılmış elmi tədqiqatlarda isə böyükqaya daşlarından ibarət kromlexlərə rast gəlinib. Kurqandan 3 ədəd kamera aşkar olunub. Materikdəqazılan qəbir kameralarının üzəri ağaclarla örtülüb. Çox maraqlıdır ki, qəbirlər hamısı qərb şərqistiqamətində materikdə qazılıb. Hamısı bir-birinəsimmetrikdir, ikisi yan-yana, digər üçüncü isə tamortada simmetrikdir adətən belə hallar az olur, budövrədə çoxkameralı kurqan daha çoxdur, bəzən fərqliistiqamətlərdə qəbir kameraları olur. Buradasimmertiya tamamilə gözlənilib.

İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoyistiqamətində aparılmış arxeoloji qazıntı işləri başaçatdırılıb maraqlı tapıntılar əldə olunub. Kurqanlarözündə Xocalı-Gədəbəy mədəniyyətinin izləriniyaşadır bu mədəniyyəti öyrənmək üçün mühüməhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur. Maraqlıməqam ondan ibarətdir ki, kurqanın çox kiçikuzunluğu təxminən 1,5 metr, eni 1 metr olan kamerahissəsi var. Kurqanın örtüyü 12 metr, hündürlüyü 1 metrdən azdır. Kameranı tədqiq edərkən 3 ədəd saxsıküp aşkar olunub. Qəbir kamerası şimal-qərb, cənub-şərq istiqamətində qurulub bir nəfər dəfn olunub.Skeletin üzü cənub-qərbə doğrudur, sağ böyrü üstə bükülü vəziyyətdədir. Maraqlı cəhətlərdən biri odurki, skeletin ön hissəsində kamera boyunca cavan kiçik yaşında olan ev heyvanı dəfn olunub. Paleontoloqlar tərəfindən baxıldıqdan sonra buheyvanın kiçik ya iribuynuzlu olduğu barədəməlumat verilə bilər. Skeletin arxa hissəsi boyuncakiçikbuynuzlu ev heyvanı dəfn olunub ki, bu da böyükehtimalla keçi ya qoyundur. Ancaq çox böyükehtimalla keçidir. Qəbir kamerasında əlavə 10 santimetr olsa, boş yer yoxdur. İnsan heyvansümüklərinin düzümündən sonra kamerada boş yerqalmayıb. Bu da arxeoloji cəhətdən böyük əhəmiyyətkəsb edir belə qəbir abidələrinin tədqiqi Xocalı-Gədəbəy mədəniyyətində tayfaların dəfn adətlərini, dünyagörüşünü öyrənmək üçün mühüm rol oynayır.

Bu qiymətli nəticələr elmi dövriyyəyə məqalələrlədaxil ediləcək mühüm elmi nəticələr əldə olunacaq.

Ərazidə elmi tədqiqat arxeoloji qazıntı işləri davametdiriləcək. Yaxın 10 gündəKeşikçidağda elmi-arxeoloji qazıntılar yay məktəbi-4” adlı layihəyəstart veriləcək. Layihədə Bakı Dövlət Universitetinin, həmçinin universitetin Qazax filialının tələbələri, bölgədə fəaliyyət göstərən qoruqların, MədəniyyətNazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional Bölməsinin abidə mühafizəçiləri, tarix-diyarşünaslıqmuzeylərinin, digər muzeylərin, mədəniyyətmüəssisələrinin əməkdaşları, rayonun ümumi təhsilmüəssisələrinin tarix müəllimləri iştirak edəcək. İştirakçılar çöl arxeoloji ekspedisiyasının təşkili aparılmasının xüsusiyyətləri, müxtəlif tarixi arxeoloji məlumatların toplanması təhlili sahəsindətəcrübə qazanacaq, arxeoloji tədqiqat metodlarınımənimsəyəcək sahə arxeoloji tədqiqatları zamanıalətlərdən avadanlıqlardan istifadə etməkbacarıqlarına yiyələnəcəklər.

Xəbərin istinad mənbəyi www.azertag.az saytınaməxsusdur.