İNSTİTUTUMUZUN ƏMƏKDAŞI GÜLANƏ İLQAR QIZI ƏLİYEVANIN AMEA AZAD HƏMKARLAR İTTİFAQI TƏRƏFİNDƏN “İLİN PEŞƏKAR GƏNCİ” MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
İyulun 30-da AMEA Azad Həmkarlar İttifaqında 2023-cü il üçün əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək “İlin peşəkar gənci”adına layiq görülmüş gənclərin mükafatlandırılması mərasimi keçirilib.
AMEA Azad Həmkarlar İttifaqı tərəfindən 2023-cü ilin nəticələrinə görə Arxeologiya və Antropologiya İnstitutunun Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Gülanə İlqar qızı Əliyeva “İlin peşəkar gənci” fəxri adına layiq görülmüşdür.
Mükafatçıya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edilib.