20 noyabr 2024 – cü il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Qazax paleolit arxeoloji ekspedisiyası”nın 2024 –cü ilin iyul ayında Qoruq ərazisində apardığı tədqiqatların yekunlarına dair elmi seminar keçirilmişdir. Seminarda Qoruğun rəhbəri Dr. Səadət Əliyeva və əməkdaşları, İnstitutun böyük elmi işçisi, Yaqub Məmmədov və baş elmi işçi Mansur Mansurov iştirak etmişdir.
Ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov tarix üzrə fəlsəfə doktoru dosent Azad Zeynalovun və tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun iştirak ilə aparılmış tədqiqatların yekunlarına dair Qoruq əməkdaşlarına geniş məruzə ilə çıxış etmişdir. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparılmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanda 1953 – cü ildə M.M. Hüseynov tərəfindən paleolit dövrünün öyrənilməsinin əsasının qoyulduğu Damcılı mağarası və eləcə də, Daşsalahlı mağarası Avey dağında yerləşir. Gələcəkdə bu istiqamətdə tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.