Bir müddət əvvəl məlumat verdyimiz kimi İngiltərənin “Oxbow books” nəşriyyat evi ingilis dilində “Damcılı mağarası. Cənubi Qafqazda son pleystosendən holosen dövrünədək bəşəriyyətin tarixinin tədqiqi (Damjili Cave: Investigating the Late Pleistocene to Holocene Human History in the Southern Caucasus) adlı kitabı nəşr edib. Əsər Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının 2016-cı ildən etibarən Avey Dövlət TarixMədəniyyət Qoruğunun abidələr kompleksinə daxil Damcılı mağarasında (Qazax rayonu, Daş Salahlı kəndinin inzibati ərazisi) apardığı tədqiqatların nəticələrinə həsr edilib.

Tokio Universiteti Muzeyinin direktoru, London Arxeoloji İnstitutunun doktoru, professor Yoshihiro Nishiaki, AMEA Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, Gəncə-Qazax Paleolit arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Azad Zeynalov İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d. Yaqub Məmmədov kitabın elmi redaktorlarıəsərinmüqəddiməsinin həmmüəllifləridirlər.

Apardıqları tədqiqatların və professor Yoshihiro Nishiaki ilə əməkdaşlıqları nəticəsində ərsəyə gəlmiş elmi əsərin beynəlxalq səviyyədə əhəmiyyətini nəzərə alaraq AMEA Arxeologiya və Antropologiya İnstitutunrəhbərliyi tərəfindən əsərin həmmüəllifləri Azad Zeynalov və Yaqub Məmmədov institutun büdcədən kənar vəsaiti hesabına pul mükafatlarına layiq görülüblər.

Qeyd edək ki, əsərdə Cənubi Qafqazda Orta Daş (mezolit) dövründən Yeni Daş (neolitə), həmçinin, əkinçi cəmiyyətə keçid barədə təsəvvür yaradan arxeoloji dəlillər təqdim olunub. Burada əksini tapmış tədqiqatlarda Damcılı mağarasında mezolit dövrü təbəqəsi materialları ilə Tovuz rayonunda aşkar olunmuş Cənubi Qafqazın erkən neolit Hacı Ələmxanlı və yetkin neolit Göytəpə məskənlərindəki materiallar və onların analizlərinin nəticələri müqayisəli təhliledilir.