24 dekabr – Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin ad günüdür

24 dekabrda Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin 63 yaşı tamam olur. İlham Əliyev 1961-ci il dekabrın 24- də Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin ailəsində anadan olub. 1977- ci ildə orta məktəbi bitirib və elə həmin il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.
Həmin universitetin aspiranturasına daxil olmuş və 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1985-1990-cı illərdə MDBMİ-də dərs deyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse- prezidenti vəzifələrində çalışıb.
1995-2000-ci illərdə İlham Əliyev Milli Məclisin deputatı seçilib. 2001- 2003-cü illərdə o, Azərbaycanın Avropa Parlament Şurasında (AŞPA) nümayəndə heyətinə rəhbərlik edib. 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini və Büro üzvü seçilib. 2003-cü ildə o, baş nazir vəzifəsinə seçilməsi ilə əlaqədar parlament fəaliyyətinə xitam verib.
2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 2008, 2013, 2018-ci illərdəki prezident seçkilərində də qələbə qazandı. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində 92,12 faiz səslə inamlı qələbə qazanan İlham Əliyev növbəti müddətə dövlət başçısı seçilib.
Azərbaycan Respublikasının Ali Baş Komandanı olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin sentyabr – noyabr aylarında aparılmış uğurlu hərbi əməliyyat nəticəsində 30 ilədək erməni işğalı altında olan Azərbaycan torpaqları azad edilib.