Xəzər Universitetində Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində maliyyələşdirilən PICASP – Xəzər bölgəsinin inkişafında “universitet+müəssisə” əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar layihəsi çərçivəsində tərəfdaşların (İtaliya, Polşa, Litva, Qazaxıstan və Azərbaycan) yekun hesabat görüşü keçirilmişdir. Təbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Azərbaycanın paleolit düşərgələri” mövzusunda məruzə ilə çıxış etmişdir. Y. Məmmədov çıxışında 1953-2024 – cü illərdə Paleolit dövrünə dair aparılmış tədqiqatlar və əldə olunmuş nəticələrdən bəhs etmişdir. Qeyd etmək lazımdır ki, bu zamana kimi aparılmış tədqiqatlar nəticəsində Paleolit dövrünə dair 8 mağara və 20-dən artıq açıq tipli düşərgə qeydə alınmışdır. 2024 – cü ildə də yeni paleolit abidələrinin qeydə alınması ilə bərabər işğaldan azad olunmuş ərazilərdə də tədqiqatlar bərpa edilmişdir.