13-17 yanvar 2025-cü il tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin rəhbəri, t.ü.f.d. Akif Quliyev, İnstitutun əməkdaşları – elmi işçi Lola Hüseynova, k.e.i. Zümrüd Mehdiyeva, k.e.i. Şahxanım Bayraməli Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin məhkəmə – tibbi ekspertləri, AR Baş Prokurorluğunun əməkdaşları, AR Fövqaladə Hallar Nazirliyi və AR Müdafiə Nazirliyinin hərbçiləri ilə birgə “İnsan qalıqlarının axtarışı və bərpası ilə tanışlıq” təlimində iştirak ediblər. Həm nəzəri mühazirə, həm də praktiki çöl tədqiqatlarıı ehtiva edən təlimin sonunda İnstitutun əməkdaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin sertifikatları ilə təltif olunublar.