İnstitutun elmi əməkdaşı AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin qalibi oldu

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında 2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələri elan olunub.
Müsabiqənin nəticələrinə əsasən, AMEA-nın müxtəlif institutlarından olan nominantları sırasında təmsil olunmuş Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi doktorant Günay Bayramova da “İlin gənc alimi” nominasiyası üzrə qalib olub.
Qeyd edək ki, nümunəvi davranışı, kollektivdə qazandığı hörməti ilə seçilən doktorant Günay Bayramova 2019–2024-cü illərdə Naxçıvan Muxtar Respublikası ərazisindəki l Plovdağ, ll Plovdağ, lll Plovdağ, Muncuqlutəpə, Mərdangölü nekropollarında, Plovdağ yaşayış yerində və Xaraba Gilan şəhər yerində, həmçinin 2021-ci ildə Şəki şəhərində yerləşmiş Xan Məscidində aparılmış arxeoloji qazintılarda fəal iştirak etmişdir. Qarşıdakı günlərdə G.Bayramovaya digər qalib gənc alimlərlə birgə “İlin gənc alimi” diplomu təqdim ediləcək.