Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında elmi-praktik təcrübə təşkil olunacaqdır. Muzey işi sahəsində praktiki və nəzəri biliklərə yiyələnmək istəyən, gələcəkdə özünü bu sahədə inkişaf etdirmək istəyən, arxeologiyaya və tarixi artefaktlarla işləməyə marağı olan gənclər AMEA Arxeologiya və Antropologiya İnstitutunun könüllülük proqramında iştirak etmək üçün müsabiqəyə qoşula bilərlər.

Müsabiqənin şərtləri:

  1. İntizamlılıq, ünsiyyətcillik, kollektivdə işləmək bacarığı, xarici dil biliyi və s. keyfiyyətlərə sahib olan tələbələr və orta məktəbin son siniflərində oxuyan şagirdlərə üstünlük veriləcəkdir;
  2. İxtisası tarix, tarix müəllimliyi, incəsənət, turizm olan namizədlərə üstünlük veriləcəkdir;
  3. Seçim CV və FORM əsasında aparılacaq. Növbəti mərhələyə keçən namizədlər üçün müsahibə mərhələsi olacaq
  4. Seçilmiş namizədlər muzeyin iş qrafikinə uyğun olaraq təcrübəyə cəlb olunacaqlar.

Proqramda iştirak edən könüllülərə AMEA Arxeologiya və Antropologiya İnstitutu adından sertifikat və tövsiyyə məktubu, ən uğurlu könüllülərə isə mükafat və diplom veriləcəkdir.

Könüllü proqramı 2 hissədən ibarət olacaq:

1-ci hissə – 30 gün təlim,

2-ci hissə – 4 ay əyani təcrübə nəzərdə tutulub.

Müraciətlərin qəbulu üçün son tarix 20.02.2025

Əlaqə: 012 492 52 36

Mail: museum@arxeologiya.az

Müraciət üçün aşağıdakı elektron formu doldurun:

https://forms.gle/iQV9oFWDdFR9uQy76