Arxeologiya və Antropologiya İnstitutunun doktorantı olan gənc elmi işçi  Gənclər üçün Prezident mükafatına layiq görüldü

 

Yanvarın 31-də Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 11 gəncə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.

Mükafata layiq görülmüş gənclərin sırasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Ağalarov Mircavid Elşad oğlu da yer alıb. O, 2020-ci ildə həmin fakültəni uğurla bitirib, Azərbaycan Universitetinin Humanitar fənnlər fakültəsinin magistr pilləsinə daxil olmuşdur. O, 2022-ci ildə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əyani doktoranturasına qəbul olmuş, “Azərbaycanın Arxeoloji irsində Səlcuq dövrü fayans məmulatı” adlı fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqata başlamışdır. 2023-cü ildən isə İnstitutun Elmi fond və ekspozisiya şöbəsində yarımştat olaraq fəaliyyətə başlamış, hazırda da həmin şöbənin elmi işçisidir.

Mircavid Ağayevin arxeologiya elminə marağı tələbə vaxtlarından yaranmış, 2017 və 2018-ci illərdə Oksford Universiteti ilə Moskva Dövlət Universitetinin Bakı filialının birgə layihəsi olan AEB2017 və AEB2018 (Bərdənin Arxeoloji tədqiqi) layihələrində, eyni zamanda arxeologiyaya aid müxtəlif beynəlxalq elmi tədbirlərdə iştirak etmiş, Erasmus+ layihəsinin iştirakçısı olmuşdur. Arxeologiya və Antropologiya İnstitutuna qəbul olduğu gündən isə İnstitutun təşkil etdiyi müxtəlif ekspedisiyalarda elmi heyət üzvü olub.

Mircavid Ağayev Vətən müharibəsi nəticəsində azad olunmuş bölgələr də, əsasən Ağdam rayonundakı Çinartəpə çoxtəbəqəli qədim yaşayış yeri və Zəngilan rayonunda yerləşmiş Şəhri-Şərifan şəhər yeri də  daxil olmaqla 11 fərqli çöl tədqiqatının iştirakçısı olmuşdur.

2022 və 2024-cü illərdə Azərbaycan-Almaniya birgə layihəsi olan LKREP( Qarabağ Düzənliyinin tədqiqi və qazıntısı) layihəsində, YUNESCO-nun İpək yolu Onlayn Platform proqramının  “Gəncənin IX-XV əsrlər şirli keramikası” adlı elmi layihədə, Avropa Birliyinin COST proqramının Gametable layihəsində iştirak etmiş, hazırda da bir neçə layihənin iştirakçısıdır. O, ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan daxil olmaqla dünyanın müxtəlif ölkələrində keçirilən konfranslarda Arxeologiya və Antropologiya İnstitutunu təmsil etmişdir.

İxtisasını, xarici ölkələrdə keçdiyi ixtisas təkmiləşdirmə kurslarını, əldə etdiyi təcrübələri, apardığı uğurlu araşdırmaları, arxeologiya elminə olan həvəsini və elmi səviyyəsini nəzərə alaraq, Arxeologiya və Antropologiya İnstitutu və AMEA rəhbərliyi Ağalarov Mircavid Elşad oğlunu namizədliyini Gənclər üçün Prezident Mükafatına təqdim etmişlər.

Gənc arxeoloqun mükafata layiq görülməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin arxeologiya elminə olan diqqətinin və qayğısının bariz göstəricisidir.