8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar AMEA Arxeologiya və Antropologiya İnstitutunda tədbir keçirildi. İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev elmi-tədqiqat müəssisəsində çalışan xanım əməkdaşlar qarşısında çıxış edərək onları təbrik etdi, Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlarda, İnstitutun elmi və ictimai həyatında xanımların fəal rolundan söz açdı.

Çıxışının sonunda Fərhad Quliyev  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə İnstitutun xanım əməkdaşlarını bir daha təbrik edib, onlara can sağlığı, elmi və ictimai fəaliyyətlərində uğurlar arzuladı.