AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Rüstəm Hüseynov Moskva şəhərində (Rusiya Federasiyası) keçirilən XX Beynəlxalq elmi-populyar və tədqiqat filmləri “Bilik Dünyası” kinofestivalında iştirak etmişdir. Festivalda Rusiya, İspaniya, İran, Serbiya, Hindistan, ABŞ və digər ölkələrdən təqdim olunan təxminən 60 elmi-populyar və sənədli film nümayiş etdirilmişdir.
Kinofestival çərçivəsində Rüstəm Hüseynov Azərbaycanın sənədli kinosu haqqında mühazirə oxumuş və elmi-sənədli filmlərin yaradılması və təbliği ilə bağlı keçirilən konfransda iştirak etmişdir.
Beynəlxalq və milli müsabiqələrdən, həmçinin müsabiqə proqramından kənar nümayişlərdən ibarət olan festivalda tamaşaçılar elm və texnologiyanın aktual mövzuları ilə tanış ola bilmişlər. XX Beynəlxalq “Bilik Dünyası” elmi-populyar və tədqiqat filmləri kinofestivalını təxminən 5 min tamaşaçı ziyarət etmişdir.