Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsi 1993-cü ildə Abuzər İbrahim oğlu Ələkbərovun təşəbbüsü ilə  “Arxeoloji abidələrin toplusu” adı altında  yaradılmışdır. 2024-cü il may ayında isə şöbənin adı dəyişdirilərək “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsi adlandırılmışdır.

Azərbaycanın arxeoloji abidələrinin,  aşkar olunmuş və ya yeni aşkar olunan abidələrin GPRS koordinatlarının təyin ediməsi, dövrünün mövcud meyyarlara uyğun  müəyyən edilməsi, qeydiyyata alınması, abidələrin əhəmiyyət dərəcəsinə görə qruplara bölünməsinin və bölgələr üzrə topluların hazırlanmasını təşkil etməkdən ibarətdir. Hazırda Respublika ərazisində qeydə alınmış qoruqların sərhədləri və mühafizə zolaqlarının müəyyənləşdirilməsi ilə əlaqədar xüsusi komissiya təşkil olunmuşdur.  Bu baxımdan, reyestrdə abidələr əhəmiyyət dərəcəsinə görə üç qrupa – dünya ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinə bölünərək təsnif edilir.  Ölkəmizdə 82-si dünya, 2059-u ölkə və 4167-si yerli əhəmiyyətli olmaqla ümumilikdə 6308 daşınmaz tarix mədəniyyət abidəsi dövlət mühafizəsindədir. Son illər ərzində ölkə ərazisində aparılmış monitorinqlər nəticəsində əvvəlki siyahılara daxil edilməyən 1400-dən çox tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyekt müəyyən edilərək yeni aşkar olunmuş tarix-mədəniyyət abidələri kimi qeydə alınmışdır. Şöbənin başlıca vəzifəsi məhz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq Azərbycan ərazisində yerləşən abidələrin  “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin əməkdaşları ilə birgə mövcud abidələrin qorunma səviyyəsinin qiymətləndirilməsi, monitorinqlərin aparılması və reyestrə daxil edilməsini təmin etməkdən ibarətdir.

 Şöbənin faəliyyətinin nəticəsi olaraq, bir çox yeni aşkar olunmuş abidələrin GPRS koordinatları təyin edilmiş və pasportlaşdırılmış, Azərbaycan Cənub-Şərq bölgələrində  Arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülməsi təklif olunan obyektin siyahıya daxil edilməsinə dair rəy bildirərək “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nümayəndələrinə göndərmişdir. Həmçinin şöbə  Arxeoloji abidələrin siyahısından çıxarılması təklif olunan abidələrə dair rəy formasının hazırlanmasını da həyata keçirir. Rəy bildirilərkən abidənin əhəmiyyət dərəcəsi, tarixi, təsnifatı, yerləşmə planı, inventar nömrəsi, Abidənin cari (texniki) vəziyyətinin vizual müşahidə əsasında qiymətləndirilməsi, coğrafi koordinatları, texnoloji yeniliyi əsas götürülərək dəyərləndirilmişdir. Bu istiqamətdə işlərin nəticəsi olan  Cənub-Şərqi Azərbaycan abidələrinin toplusu bitirmək üzrədir.

 Şöbənin digər fəaliyyət istiqamətləri isə Azərbaycanın  digər bölgələrinin yeni aşkar olunan abidələrinin reyestrə göndərilməsini təmin etməkdən ibarətdir.  Hal-hazırda yaradılmış komissiya “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nümayəndələri ilə birgə  Bakı-Abşeron və Qarabağ  abidələri ilə davam etdirilir.

2021-ci ilin dekabr ayından etibarən şöbə Mikayıl Mübariz oğlu Mustafayevin rəhbərliyi altına fəaliyyətini davam etdirir.

“Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin əməkdaşları:

  1. Mikayıl Mübariz oğlu Mustafayev – şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
  2. Namiq Nəbi oğlu Hüseynli – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru
  3. Orxan Kamran oğlu Əliyev – elmi işçi, tarix üzrə fəlsəfə doktoru
  4. Əhliman İmran oğlu Əbdürrəhmanov – elmi işçi
  5. Şəfəq Ramiz qızı Ağayeva – kiçik elmi işçi
  6. Məhiyəddin Həsən oğlu Seyidov – kiçik elmi işçi
  7. Lalə Şahbal qızı Nəsirova – kiçik elmi işçi
  8. Ülkər Əsgər qızı Camalova – böyük laborant