Ölkəmizdə arxeoloji tədqiqatlara yeni metod və fərqli istiqamət gətirmək məqsədi ilə AMEA Rəyasət Heyəti 2022-ci ilin 3 iyun tarixində Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tərkibində Eksperimental arxeoloji laboratoriyanın yaradılmasına qərar verilmişdir. Laboratoriya 2024-cü il Arxeologiya və Antropologiya İnstititunun yeni strukturunda Daş dövrü arxeologiyası şöbəsinin nəzdinə keçirilmiş və Traseoloji və Eksperimental arxeoloji laboratoriya adı ilə yenidən təşkil edilmişdir. Laboratoriyanın yaradılması ilə mikro (mikroskopik analizlər) və praktik (eksperimentlər) araşdırmaların kompleks  aparılmasına zəmin yaradılmışdır.

Prehistorik zamanlara aid arxeoloji qazıntılarla aşkar edilmiş istehlak və istehsal sənayesində yer alan bütün artefakt nümunələrinin (alət, əşya, silah, ritual, sənət, eləcə də bütün yaradıcılıq və sosial əhəmiyyətli vasitələr) tipləri, stilləri, modelləri və texnologiyasını eksperimental araşdırma və traseoloji analizlərlə praktik olaraq öyrənmək mümkün olmaqdadır. Əldə etdiyimiz minlərlə artefaktın hazırlanma və istifadə texnologiyasını tətbiqi araşdırmalarla müəyyən edilməkdədir. Bu araşdırmalar, sadəcə alət istehsalında yer alan arxeoloji materialların tiplərini, stillərini, texnologiyasını öyrənməklə qalmaz bütün alət hazırlama-istifadə əməliyyat zincirində (chain operation), alətin hazırlama və istifadənin insanın uzaq və yaxın əcdadının bioloji, anatomik və koqnitiv (idraki) təkamülündə yerini də öyrənməyə çalışır.

Traseoloji və eksperimental araşdırmalar və çalışmalar nəticəsində alət istehsalı, funksiyası, alət texnologiyası, alət texno-kompleksi haqqında daha geniş və dərin bilgilər əldə etməyə səbəb olur. Hər iki araşdırmanın kompleks analizləri ilə xammal ilə alət texno-tipologiyası arasında əlaqə qurmaq daha da asanlaşır. Beləliklə, praktik-eksperimental araşdırmalarla və traseoloji-mikroskopik analizlərlə keçmiş yaşayışın iqtisadi, texnoloji, sosial   modelləri və bütünlüklə prehistorik insanın texnoloji davranışları ölçülür və müqayisə edilə bilir.

Prehistorik insanların alətlərinin stil, forma, modellərinın texnoloji təkamül prossesləri traseoloji-mikroskopik, eksperimental-əyani olaraq test etmə, rəqamsal- digital mikroskoplar vaistəsilə  öyrənilməkdədir. Bütün bunlar bizə keçmişi daha yaxşı anlamağa, mədəniyyətləri yaradan komponetləri əyani olaraq dərk etməyə, insanın özünün də daxil olduğu hominin ailəsinin bütün iqtisadi, sosial, mədəni, texnoloji dünyasının vizual və virtual canlandırmasına yardım edəcəkdir.

Bu gün müasir qərb elmi məktəblərində arxeologiya, araşdırma-çalışma komponentləri və metodları baxımından təkcə humanitar-sosial  elmlər sahəsi kimi deyil, həm də təbiət-texniki və bio-antropoloji elmlər sırasına da aid oluna bilir. Belə ki, yuxarıda qeyd olunanları nəzərə aldıqda müasir arxeoloji tədqiqatlar təbiət-texniki və s. sahələrdə olduğu kimi ixtisaslaşmış riyazi proqram təminatının tərtibi və tətbiqi, 2D və 3D modelləşdirmə və vizuallaşdırma, rəqəmsal və elektron tətbiqlər (GPS, GİS),  proqramlaşdırılan və idarə olunan eksperimentlər – robot testerlər, Smart mikroskoplar  və digər opto-elektron cihaz və avadanlıqlarla təşkil edilməlidir.

Laboratoriya yaradılandan onun müdiri Əjdər Babazadədir. Hazırda yeni yaradılan laboratoriyanın cəmi iki əməkdaşı var.

Traseoloji və eksperimental arxeoloji laboratoriyanın əməkdaşları:

  1. Əjdər Yusif oğlu Babazadə – laboratoriyanın rəhbəri
  2. Günel Həsən Nəbisoy – böyük laborant

Şəkil 1. Laboratoriyanın görüntüsü

Şəkil 2. TraCEr (Traseologiya və Nəzarətli Eksperimentlər Laboratoriyası) (MONREPOS\ Almaniya) laboratoriyasında eksperimental otaq 1-də xammal materialların kəsilməsi və hazırlanması prosesi (alət hazırlama). 

Şəkil 3. TraCEr (Traseologiya və Nəzarətli Eksperimentlər Laboratoriyası) eksperimental otaq 2 -də eksperimental çalışmalarda robotik qol cihazdan istifadə prosesi. Model artifaktların sabitləyici cihaz vaistəsilə test edilməsi.

Şəkil 4. TraCEr (Traseologiya və Nəzarətli Eksperimentlər Laboratoriyası), mikroskoplar otağında, mikro analizlər (cilalanma (polish/abrasion) və çizgi/zolaqların (striations/scratches) üçün metalloqrafiq mikroskopu

Şəkil 5. Traseoloji analizlərdə stereo mikroskopu ilə (low power approach)  zərbə və zədə izləri  (scarring, edge-damage, edge -rounding, striations) üçün makro analizlərdə  anaizləri aparılır.