Xəzər arxeologiyası şöbəsi institutun strukturunda ən yeni şöbələrdən biridir. AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 №-li Qərarı ilə institutun strukturunda qismən dəyişiklik edilərək, daxili imkanlar hesabına və mövcud ştat vahidləri çərçivəsində Xəzər dənizinin dibində, sahilboyu ərazilərdə və digər su hövzələrində tədqiqatların aparılması üçün “Xəzər arxeologiyası” şöbəsi yaradılıb.

Sualtı arxeologiya suyun altında aparılan arxeoloji tədqiqatları əhatə edir. Bu sahə Arxeologiyanın digər sahələri ilə müqayisədə nisbətən gec iyaranmış və tədqiqatın çətinliyi və özünəməxsus müsusiyyətlərini nəzərə aldıqda nisbətən asta inkişaf yolu keçmişdir. Azərbaycan Respublikasında da sualtı arxeoloji tədqiqatların inkişaf yolu birxətli olmamışdır. Şöbənin əsas tədqiqat istiqaməti olan Xəzər arxeologiyası sualtı tədqiqatların bir qolunu təşkil edir.

Şöbənin əsas fəaliyyət istiqaməti Xəzərin Azərbaycan sektorunda dənizin dibini və sahilboyu əraziləri elmi-tədqiqat baxımından araşdırmaq, batmış gəmilərdə ulu keçmişimizlə bağlı maraq doğuran əşyaları aşkara çıxarmaq, dəniz sahili zonalarda məlum olan arxeoloji abidələrdə yeni tədqiqatlar aparmaq, yeni aşkar olunan abidələri qeydə almaq və tədqiq etmək, abidələrin koordinatlarını dəqiqləşdirmək, memarlıq quruluşunu öyrənmək və planını çıxarmaq, aşkar olunan artefaktları elmi cəhətdən təhlil etmək, maddi-mədəniyyət nümunələrini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) məxsus olan “Suraxanı” gəmi-muzeyində və AMEA Arxeologiya və Antropologiya İnstitutunun “İçərişəhər”də yerləşən Muzey sərgi zalında nümayiş etdirməkdən və s. ibarətdir.

Şöbə yaradıldığı gündən indiyə qədər şöbə müdiri tarix elmləri doktoru, professor Abbas Seyidovdur.

“Xəzər arxeologiyası” şöbəsinin əməkdaşları:

  1. Abbas Qadir oğlu Seyidov – şöbə müdiri, tarix elmləri doktoru, professor
  2. Leyla Məmməd qızı Rüstəmova – böyük elmi işçi (0,5), tarix üzrə fəlsəfə doktoru
  3. Günel Səxavət qızı Əliyeva – kiçik elmi işçi
  4. Ceyhun İdris oğlu Əliyev – böyük laborant
  5. İlahə Fikrət qızı Paşabəyli – böyük laborant