Respublika ərazisində arxeoloji və etnoqrafik tədqiqatları tənzimləmək məqsədilə 1968-ci ildə Azərbaycan EA Tarix İnstitutunun nəzdində Çöl tədqiqatları şöbəsi yaradılmışdır. Yarandığı gündən 1994-cü ilə qədər bu şöbəyə t.e.d., professor C.Ə.Xəlilov rəhbərlik etmişdir. Onun vəfatında sonra (1994) şöbəyə rəhbərlik t.ü.f.d. Təvəkkül Əliyevə həvalə olunmuşdur. Şöbə 2002-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində sektora çevrilmişdir. 12 iyul 2023-cü il tarixdə isə AMEA Rəyasət Heyətinin qərarı ilə Çöl tədqiqatları sektorunun bazasında Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsi yaradılmış və t.ü.f.d., dosent T.R.Əliyev ona rəhbər təyin olunmuşdur.

Şöbənin əsas elmi-tədqiqat istiqamətləri:

  • Şöbə Azərbaycan Respublikasının ərazisində aparılan çöl tədqiqatlarının – arxeoloji qazıntı və kəşfiyyat işlərinin elmi tənzimlənməsini həyata keçirir;
  • Çöl tədqiqat hesabatlarının müzakirəsini təşkil edir və onları sənədləşdiririr;
  • Çöl tədqiqatlarının fəaliyyətini planlaşdırır, arxeoloji ekspedisiyalara nəzarət edir, onların monitorinqini aparır;
  • Çöl tədqiqatlarının müasir elmi-texnoloji üsullardan istifadə etməklə multidistiplinar fənlərin qovşağında aparılması metodikasını tövsiyyə edir;
  • Ekspertizadan keçən çöl tədqiqat hesabatlarını daimi mühafizə üçün AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi Arxivinə təhvil verir;
  • Şöbə əməkdaşları arxeoloji ekspedisiyalarda, konfrans və digər tədbirlərdə iştirak edir, fərdi plan üzrə elmi tədqiqat işlərini yerinə yetirirlər.

Fəaliyyətə başladığı gündən indiyə qədər şöbə aşağıdakı elmi nəticələr və nailiyyətləri əldə etmişdir:

  • Çöl tədqiqatlarının nəticələrinə həsr olunmuş minə yaxın hesabat sənədləşdirilib İnstitutun Elmi Arxivinə təhvil verilmişdir;
  • Şimal-Şərqi Azərbaycanın arxeoloji abidələri külliyyatı nəşr edilmişdir;
  • Sərkərtəpə yaşayış yerinin (Xaçmaz r-nu) kompleks tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanın şimal-şərq bölgəsi Erkən Tunc dövründə Kür-Araz mədəniyyəti arealında lokal, özünəməxsus yer tutmuşdur;
  • Erkən sinifli cəmiyyətə keçid dövrünün monumental abidələri olan siklop tikililəri haqqında ümumiləşdirilmiş tədqiqat aparılmışdır;
  • Mil düzündə erkən əkinçi və maldar tayfalara məxsus bir sıra komplekslər aşkar olunaraq tədqiq edilmiş, nəticələr çoxsaylı nəşrlərlə beynəlxalq elmi ictimaiyyətə təqdim olunmuşdur;
  • Mil-Qarabağ düzündə qədim Azərbaycan dövləti olan Albaniyaya məxsus Qalatəpə şəhər yeri müəyyən olunaraq tədqiqata cəlb edilmişdir;
  • Qafqaz Albaniyasının maddi-mədəniyyəti mövzusu üzrə monoqrafiyalar işlənib hazırlanmışdır;
  • Arxeoloji materiallar əsasında orta əsr Şabran şəhərinin ictimai-siyasi və mədəni-təsərrüfat həyatı araşdırılmışdır

“Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi” şöbəsinin əməkdaşları:

  1. Təvəkkül Rəsul oğlu Əliyev – şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
  2. Sevil Mahmud qızı Ağamalıyeva –aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
  3. Döyüş Loğman oğlu Musayev – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
  4. Gülnarə Kamal qızı Axundova – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
  5. Fatma Əli qızı Abbasova – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru
  6. Gülanə İlqar qızı Əliyeva – böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru
  7. Faiq İlyas oğlu Babayev – böyük elmi işçi
  8. Fəridə Fazil qızı Yusifli – böyük laborant
  9. İradə Əliş qızı Məmmədova – mütəxəssis