Fiziki antropologiya laboratoriyası Arxeologiya və Antropologiya İnstitutunun strukturunda aparılan islahatlardan sonra 2024-cü ilin may ayında Antropologiya şöbəsinin tərkibində yaradılmışdır. Fiziki antropologiya laboratoriyasının əsas tədqiqat istiqaməti Azərbaycanın qədim və müasir əhalisinin bioloji xüsusiyyətlərinin tədqiq edilməsi, onların lokal qruplarının konkret xarakteristikaları və müxtəlifliyinin aşkar edilməsi, Avrasiyanın digər xalqlarına azərbaycanlıların genetik yaxınlığı dərəcəsi, azərbaycanlıların antropoloji özünəməxsusluğunun formalaşması tarixi, Azərbaycan əhalisinin həyat fəaliyyətinə paleoekologiya və müasir ekologiyanın təsiridir.
Laboratoriya öz iş prinsipini aşağıdakı hədəfləri əsas almaqla qurmağı planlaşdırır:
– Arxeoloji qazıntılar zamanı aşkar edilən insan qalıqlarının makroskopik (vizual), antropometrik tədqiqi və antik DNT analizlərinin aparılmasında ilkin prosedurların həyata keçirilməsini təmin etmək;
– Mövcud olan və cari arxeoloji qazıntılardan aşkar edilən antropoloji materialların inventarlaşdırılması, sistemləşdirilməsi;
– Antropoloji nümunələrin verilənlər bazasının yaradılması;
– Antropoloji nümunələrin təsnifatının arxeoloji dövrlərə görə aparılması;
– Antropoloji nümunələrin təsnifatının Paleodemoqrafik göstəricilərə görə aparılması;
– DNT analizlərin aparılması üçün müxtəlif dövr insan qalıqalarından sümük nümunələrinin alınması və ilkin bioloji prosedurların həyata keçirilməsi.
Antropoloji tədqiqatların elmi məqsədi:
- Azərbaycan ərazisində müxtəlif dövrlərdə yaşamış insan populyasiyalarının antropoloji (irqi) xüsusiyyətlərinin müəyyən edilməsi.
- Sümük və dişlərdə qeydə alınan patoloji əlamətlər əsasında qədim insanların sağlamlıq vəziyyəti və həyat tərzi haqqında məlumatların əldə edilməsi
- Paleodemoqrafik tədqiqatlar əsasında müxtəlif dövrlərdə və coğrafiyalarda yaşamış populyasiyaların sayının, tərkibinin və sıxlığının, habelə miqrasiya proseslərinin öyrənilməsi.
Laboratoriyanın müdiri Həsənov Vüsal Paşa oğludur.
Fiziki antropologiya laboratoriyasının əməkdaşları:
- Vüsal Paşa oğlu Gasanovi – laboratoriyanın rəhbəri
- Mehdi Arif oğlu Əli – elmi işçi (0,5), tarix üzrə fəlsəfə doktoru
- Vüsalə Oktyabr qızı Əliyarova – elmi işçi
- Lamiyə Rüfət qızı Həbibova – kiçik elmi işçi
- Zümrüd Zülfü qızı Mehdiyeva – kiçik elmi işçi
- Nərmin Arzu qızı Abbaszadə – kiçik elmi işçi (0,5)
- Zərintac Rasim qızı Rüstəmova – kiçik elmi işçi (0,5)
- İfadə Oruc qızı Fərzəliyeva – böyük laborant