Həsənov Zaur Həsən oğlu 1969-cu il, iyulun 22-də Bakı şəhərində anadan olub. Universitet təhsilini bitirdikdən sonra 1998-ci ildən etibarən skif problemini müstəqil tədqiqatçı olaraq araşdırmağa başlayıb. Bu fəaliyyətinin nəticəsində “Çar Skiflər” adlı monoqrafiya yazıb və monoqrafiya 2002-ci ildə Nyu-York “Liberty Publishing House” nəşriyyatı tərəfindən nəşr edilib, 2005-ci ildə isə həmin monoqrafiya Azərbaycan dilində Bakıda, 2007-ci ildə fars dilində Tehranda, 2009-cu ildə türk dilində İstanbulda nəşr edilib.

Həsənov Zaur Həsən oğlu 2004-2008-ci illərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın qədim dövr və orta əsrlər ekspozisiyası və fondu" şöbəsinin dissertantı olmuş və “Kimmerlər və onların Azərbaycan tarixində yeri” adlı mövzunun tədqiqatlarını aparmışdır. Dissertasiya mövzusunu 2008-ci ilin may ayında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Dissertasiya Şurasında Vətən tarixi ixtisası üzrə müdafiə etmişdir. O, 2009-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən tarix elmləri namizədi adına layiq görülüb. 2008-ci ildən 2012-ci ilə qədər AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsində 2012-ci ildən yarım ştat, 2013-cü ildən isə tam ştat olaraq aparıcı elmi işçi vəzifəsində işləyib. 2014- 2017-ci illərdə institutun “Elmi ekspozisiya” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2018-ci ildən institutun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri vəzifəsini icra edib. 2021-ci ilin noyabr ayından başlayaraq isə institutun elmi işlər üzrə direktor müavini vəzifəsini yerinə yetirir.

2010-cu ildən başlayaraq AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsində “Skiflər və onların Azərbaycan tarixində yeri” adlı doktorluq dissertasiyası üzərində tədqiqatlar aparıb. 23 iyun 2023-cü ildə Zaur Həsənov adı çəkilən dissertasiyanı Vətən tarixi və Arxeologiya ixtisasları üzrə müdafiə edib və həmin ilin dekabr ayında Ali Attestasiya Komissiyası tərəfindən tarix elmləri doktoru adına layiq görülüb.

Zaur Həsənov apardığı tadqiqatların nəticələrini dünya elmi ictimaiyyətinə tanıtmaq üçün Macarıstanda, Yunanıstanda, İtaliyada, Avstriyada, Qazaxıstanda, Polşada, Rusiyada, ABŞ-da, Koreyada, Çexiya Respublikasında və Ukraynada tarix və arxeologiya elmlərinin problemlərinə həsr olunmuş mühüm elmi konfranslarda və dəyirmi masalarda məruzələrlə çıxış etmişdir.

Bir sıra vacib elmi məqalələrin və iki monoqrafiyanın müəllifidir. 2013-cü ildə Beynəlxalq Türk Akademiyasının elmi şurasının qərarı ilə "Skiflərin sosial və mədəni dəyərləri" adlı monoqrafiyası Astanada nəşr edilib. Tadqiqat Zaur Həsənovun 2011- 2013 illərdə Beynəlxalq Türk Akademiyasından qazandığı "Qədim türklərin sosial və mədəni dəyərləri: tarixi analiz” adlı qrant layihəsi əsasında həyata keçirilmişdir.

2016-cı ildə Zaur Həsənov Avropa Komissiyasının Horizon 2020 Proqramının “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa va Qara dəniz bölgəsi, XVIII əsrin sonu – XXI əsrlər” adlı qrant layihəsini qazanmışdır. Layihə 2017-2021-ci illlərdə həyata keçirilmişdir.

2018-ci ildə Zaur Həsənov AMEA Rəyasət Heyəti tərəfindən Avropa Komissiyasının Horizon 2020 Proqramının Mariya Sklodovska Küri layihələri üzrə milli əlaqələndirici şəxs vəzifəsinə təyin edilmiş, bu təyinat Avropa Komissiyası tərəfindən rəsmi təsdiqlənmişdir.

2019-2021-ci illər ərzində Zaur Həsənov Şəki rayonunda Azərbaycan- Qazaxstan Beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri olaraq bir sıra vacib abidələrdə çöl tədqiqat işləri aparıb. 2022-ci ildən başlayaraq o Qarabağın işğaldan azad olunmuş ərazilərində dəmir dövrü Yedditəpə kurqanlarında Azərbaycan-Koreya- İsveçrə Beynəlxalq arxeoloji ekspedisiyanın çöl tədqiqat işlərinə rəhbərlik edir. Eyni vaxtda o, İmişli rayonunun Qızılkənd ərazisində yerləşən Yedditəpə kurqanlarında Azərbaycan-Türkiyə-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının həmrəhbəridir.

Elmi əsərləri:
Гасанов, Заур. Царские Скифы: Этноязыковая идентификация «царских скифов» и древних огузов. New York, “Liberty Publishing House”, 2002, 486 с. Гасанов, З. Г. Социально-культурные ценности скифов: древних ашгузов/ишкузов/гузов. Астана: Тюркская академия, Prosper Print, 2013, 392 c. Haszanov, Zaur. A „don/ton” kimmer-szkíta hidronim. (Macar dilində) Kimmer-İskit
hidronimi don/ton. // “Magyarország és Azerbajdzsán: a kultúrák párbeszéde”. Budapest, 2008, november 18-20. III Nemzetközi tudományos konferencia. I. kötet. Budapest, 2009, s. 91-105.
Hasanov Zaur. “İskit” etnoniminin okunuşu. // İstanbul Üniversitesi Edebiyat Fakültesi Tarih Dergisi. Sayi 50, (2009 / 2), İstanbul, 2010, s. 1-10.
Haszanov Zaur. Módszertani hibák a szkíták eredetének iráni verziójában. (Macar dilində) İskitlərin İran mənşəyinin metodoloji səhfləri.// Eleink – Magyar őstörténet. 2010. XVII, No 1, In memoriam Harmatta János. s. 68-81. Гасанов З. Г. Погребальный обряд как основа выявления собственно скифских курганов Азербайджана. В.: Blajer, Wojciech (ред.) Peregrinationes archaeologicae
in Asia et Europa: Joanni Chochorowski dedicatae. Krakow: Instytut Archeologii Uniwersytetu Jagiellońskiego, Profil-Archeo, 2012, c. 519-527. К проблеме лингвистического, социального и мировоззренческого состава скифской империи. // Экспертный круглый стол посвященный истории кочевых цивилизаций в Приднепровье (скифы). 15 марта 2013 г. Сборник докладов. Днепропетровск, 2013, с. 6-13.

A Reflection of the Cimmerian and Scythian Religious Rites in Archaeology. // Bieliński P. et al. (ed.) Proceedings of the 8th International Congress on the Archaeology of the Ancient Near East, Volume 3. Wiesbaden: Harrassowitz Verlag, 2014, 527-539.
Hasanov Zaur. Suffix -t as an Indicator of Plurality in the Ethnonyms of the Royal Scythians. In: Emiroğlu Ö., Godzinska M., Majkowski F. Discusions in Turkology. Warsaw: Department of Turkish Studies and Inner Asian Peoples, University of Warsaw, 2014, pp. 646-655.

“Argimpasa – Scythian goddess, patroness of shamans: a comparison of historical, archaeological, linguistic and ethnographic data”. // Djaltchinova-Malec E. E. (ed.) Art and Shamanhood. Bibliotheca Shamanistica Volume 15. Budapest: Akademiai Kiado, 2014, pp. 73-93.

Иссыкская посвятительная надпись. Эпиграфика Востока, Москва: Институт востоковедения РАН, 2015. Выпуск 31. С. 34-59.
Intoxication and Hallucination Practices in the Ancient World. In: International Conference “Sacred Landscapes and Conflict Transformation”. History, Space, Place and Power in Shamanism. International Society for Academic Research on Shamanism. Panteio University of Social and Political Science, Department of Social Anthropology, National and Kapodistrian University of Athens, Hellenic National Commission for UNESCO. Delphi, October 9th-13th, 2015, p. 57. On the origin and Morphological Structure of the Scythian –ok-sai. In: Godzinska M. et al. (ed.) Remarks on Turkish Studies. Warsaw: Faculty of Oriental Studies, University of Warsaw, 2015, pp. 268-274.
İskitlere ve Türk-Moğol halklarına ait aynı gelenekler, kültler ve psikolojik özellikler. // Belleten, Türk Tarix Qurumu, Ankara, LXXX, Sa. 288, 2016. 639-661. Гасанов З. Г. Архаические наконечники стрел скифского типа в восточной части Кавказа: проблема миграции скифов. // Stratum plus, №3. 2017, c. 17-50. Hasanov Zaur. A Method for Determining the Practice of Shamanism in Archeological Cultures. // Anthropology & Archeology of Eurasia, (Routledge, Taylor & Francis) 55: nos, 3-4, 2016, pp. 188-231.

Hasanov Zaur. Traces of Shamanism and the Scythian Mythology in the Koroglu Epic. / Mátéffy Attila, Szabados György (eds.) Shamanhood and Mythology. Archaic Techniques of Ecstasy and Current Techniques of Research. In Honour of Mihály Hoppál, celebrating his 75 th Birthday. Budapest: Hungarian Society for Religious Studies, 2017. p. 185-201.

Гасанов З.Г. Удила и псалии раннего железного века, найденные в Азербайджане. Археологія (НАН України, Інститут Археології), 2017, № 3. с. 105-119.

Hasanov Zaur. The Cult of Female Warriors and Rulers in the Scythian and Sarmatian Cultures. // Gligor Mihai, and Soficaru Andrei (eds.) Archaeology of Women: Mortuary Practices and Bioarchaeological Reconstruction. Annales Universitatis Apulensis, Series Historica, 2018, 22/I, pp. 131-150.
Hasanov Zaur. Shamanism in the Archaeology of Nomadic Peoples of Eurasia in the Late Bronze and Early Iron Ages. In.: Gheorghiu Dragoş, Pásztor Emilia et al. (eds.) Archaeological Approaches to Shamanism: Mind-Body, Nature, and Culture.

Newcastle: Cambridge Scholars, 2017, pp. 228-242.
Hasanov Zaur. The Prehistory of Knowledge Exchange Between the Caucasus, the Black Sea Region and Central Europe: First Millennium BC. / In.: Gutmeyr Dominik, Kaser Karl (eds.) Europe and the Black Sea Region: A History of Early Knowledge Exchange. Studies on South East Europe, vol. 22. Vienna: LIT, 2018. pp. 51-79.
Hasanov Z. Two Different Funerary Rituals in the Kurgans of the Eastern Part of the South Caucasus in the Early Iron Age. // Nicola Laneri, Giulio Palumbi, Sylvie Müller Celka (eds.) Constructing Kurgans: Burial Mounds And Funerary Customs In The Caucasus And Eastern Anatolia During The Bronze And Iron Age. SANEM Series No. 4. Rome: Arbor Sapientiae Editore, 2019, pp. 125-138.
Hasanov Zaur. Olbian Style Bronze Mirrors with Zoomorphic Handles from Mingachevir. / Manolis Manoledakis (ed.) “Peoples in the Black Sea, from Prehistory to the Roman period", Proceedings of the 3rd International Workshop on the Black Sea in Antiquity. Oxford: Archaeopress Archaeology, 2021. pp. 13-22.
Работа “Азербайджано-Казахстанской международной археологической экспедиции” в 2019-2022 гг. // – Cultural Heritage. Science Journal. National Museum of Kazakhstan, Astana, 2022. №4 (99), – s. 49-54.
Həsənov Zaur. Şəki Xan Məscidi: Heydər Əliyev Fondu və Azərbaijan Xalqının mədəni irsi. // Təsviri və dekorativ-tədbiqi sənət məsələləri. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın materialları. 05-06 may 2023. Bakı, 2023. s. 23-35.
Zaur Həsənov, Kim Yong-Il, Gino Caspari, Lukasz Oleszczak, Yu Byoungrok. A preliminary report of the archaeological investigations at “Yedditepe-Fizuli”, kurgan number 3. Archaeological reports on Power and Space. The 47th National Congress of Korean Archaeology. November 3-4, 2023, Seoul National University. Korean Archaeological Society. pp. 481-483.
Zaur Həsənov, Kim Jongil, Kwon Ohyoung, Yu Byoungrok, Nam Ikhee, Cino Kaspari. Yedditəpə abidəsi – Füzuli, 4 nömrəli kurqan. // Azərbaycanda 2023-cü ildə aparılmış arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş elmi sessiyanin Tezisləri. Bakı, 14-15 Dekabr, 2023. s. 49-51
Zaur Hasanov, Kim Jongil, Kwon Ohyoung, Yu Byoungrok, Nam Ikhee, Gino Caspari, Nermin Mammadli. Archaeological Research at YedditepeFizuli Kurgan Burial Ground in 2023 // International Conference for Azerbaijan-Korean Scientific Cooperation on Archaeology. June 20, 2024, ANAS. s. 33-34