“Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsi 2018-ci ilin fevral ayında AMEA Rəyasət heyətinin qərarı ilə, AMEA-nın vitse prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılmışdır.

Şöbənin əsas fəaliyyət istiqamətləri Azərbaycanın zəngin arxeoloji irsinin tarixini öyrənmək (dövrlər və ya bölgələr üzrə tədqiq olunmuş arxeoloji abidələrin tədqiqat tarixini), hər bir abidə haqqında olan elmi nəşrləri, Azərbaycan tarixi və arxeologiyası üçün əhəmiyyətini əks etdirən toplular hazırlayıb nəşrə təqdim etmək, qədim və orta əsrlər dövrü tarixinin tədqiqatçıları ilə birlikdə elmi seminarlar təşkil etmək. Həmçinin, Azərbaycan ərazisindəki arxeoloji abidələr, arxeoloji mədəniyyətlər, unikal arxeoloji tapıntılar haqqında arxeoloqların irəli
sürdükləri elmi fərziyyələr, konkret fikirlər və ehtimalları təhlil edərək arxeoloji tədqiqatların müasir elmi-texniki tərəqqi səviyyəsində nəzəri əsaslarını hazırlamaq, etnoqraf, antropoloq, memar, numizmat və epiqrafçılarla birlikdə Azərbaycan arxeologiyasının nəzəri problemlərinin həllinə aid layihələr hazırlamaq və onların bu istiqamətdə hazırladıqları layihələrdə iştirak etmək, dövrlər üzrə Azərbaycan tarixi və arxeologiyasının aktual problemlərinə həsr edilmiş Elmi seminarlar təşkil etmək və elmi seminarın materiallarını hazırlayıb
nəşrə təqdim etmək.

Azərbaycanda və xaricdə çıxan yüksək reytinqli elmi jurnallarda, beynəlxalq elmi simpozium və konfranslarda arxeoloji irsin tarixinə, tədqiqinə və Azərbaycan arxeologiyasının nəzəri problemlərinə həsr olunmuş məqalələr nəşr etdirmək, arxeoloji tədqiqatların aktual məsələlərinin həlli sahəsində arxeoloqların fəaliyyətini əks etdirən kitab hazırlamaq, entoloq, antropoloq, memar, numizmat və epiqrafçılarla birlikdə arxeoloji irsin tarixinə və nəzəri problemlərinə həsr olunmuş müştərək elmi əsərlər hazırlamaq, Azərbaycanın zəngin arxeoloji irsinin tarixinə aid məqalə və monoqrafiyalar hazırlayıb nəşr etdirmək.