2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə 2-8 fevral 2026-cı il tarixləri Gənclər həftəsi elan olunub. Gənclər həftəsi çərçivəsində fevralın 2-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumu keçirilib.

Forumun açılış mərasimi Gülüstan sarayında baş tutub. Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə müraciəti Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tərəfindən səsləndirilib, Prezident Sərəncamına əsasən seçilmiş gənclərə mükafatlar təqdim edilib.

Gənclər həftəsinin digər günləri Şuşa və Xankəndi şəhərlərində davam edib. Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş AUC 2026 çərçivəsində panel sessiyaları keçirilib, Şuşa şəhərinə gəzinti və konsert proqramı da təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Gənclərinin XI Forumunda, eləcə də Şuşa və Xankəndi şəhərlərində keçirilən tədbirlərdə Azərbaycan Milli Elmlər Akademiyasını AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Xoşgün Qarayeva, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun gənc əməkdaşı Nəzrin Əliyeva, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Aynur Saydova, Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Vüsalə Beydullazadə, eləcə də Gəncə Bölməsinin aparıcı mütəxəssisi Vüqar Əhmədli təmsil edib.

Gənclər həftəsi Goranboy, Naxçıvan və Qəbələdə fevralın 8-dək davam edəcək.

MƏNBƏ: science.gov.az