AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
23 sentyabr 2022-ci il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. İnstitutun baş direktoru t.e.d., professor Abbas Seyidov iştirakçıları iclasın gündəliyi ilə tanış etdi.
Gündəlikdə duran birinci məsələ – “27 sentyabr – Zəfər salnaməsinə aparan yol” haqqında baş direktor çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun “Dəmir Yumruq” əməliyyatının başlamasından iki il ötür. 44 günlük Vətən Müharibəsinin ilk günlərindən hücum taktikasını əsas götürən ordu birləşmələrimiz 04-25 oktyabr tarixlərində 21 gün ərzində – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini və ətraf ərazilərdəki yaşayış məskənlərini, bir sıra yüksəklikləri düşməndən azad etdi. Noyabr ayının 8-də Şuşa işğalçılardan azad olundu. !0 noyabrda Ermənistan təslimçilik aktına imza atdı. Amma Ali Baş Komandanın Laçın şəhərində Azərbaycan bayrağını ucaltdıqdan sonra söylədiyi kimi, ermənilər yenə də vaxt udmaqla, təxribatçılıqla məşğuldurlar. Azərbaycan Ordusu onların təxribatçı əməllərinin qarşısını almağa hər zaman qadirdir. Allah şəhidlərimizə rəhmət eləsin!
2022-2024-ci illər “Arxeologia və etnoqrafiya” və “Mədəni antropologiya” ixtisaslaşmaları üzrə magistratura təhsilinə qəbulun nəticələri haqqında t.ü.f.d., S.H.Aşurov məlumat verdi.
2022-ci il “Arxeologiya”, “Etnoqrafiya və Etnologiya” ixtisasları üzrə elmlər
doktoru və fəlsəfə doktoru hazırlıqları üçün doktarantura və dessertanturaya qəbul
edilmiş iddiaçıların dissertasiya mövzuları təsdiq edildi.
T.ü.f.d, dosent C.Eminli və t.ü.e.d. V.Mahmudovanın 2022-ci ildə apardıqları
arxeoloji tədqiqatların qısa hesabatı dinlənildi.
Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatdı.
















