Arxeologiya və Antropologiya İnstitutu Cəlilabad rayonu ərazisində qazıntıları davam etdirir.
Arxeologiya və Antropologiya İnstitutu Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən, eradan əvvəl VI minilliyin birinci yarısına aid olan Paşatəpə qədim yaşayış məskənində ilk tədqiqatlara 2022-ci ildə başlayıb. Bu il aparılan qazıntıların əsas xüsusiyyəti ilk dəfə olaraq ərazidə Neolit dövrünə aid kənd izlərinin, eyni zamanda dini ayin yerinin aşkarlanmasıdır. Ekspedisiyanın rəhbəri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovadır.
Fotolar Azərtac-a məxsusdur.
Oxuma sayi: 138

Azərbaycan





