AMEA Arxeologiya və Antropologiya İnstitutu hazırda təhsil alan doktorant və dissertantlar üçün müəssisənin elmi heyətinin mütəxəssis dərslərinin keçirilməsini davam etdirir. Cari ilin yanvar ayından etibarən institutun təhsil şöbəsinin müəyyən etdiyi qrafik əsasında artıq dərslər başlayıb.

2025-ci il yanvarın 10-da və yanvarın 17-də tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun “Azərbaycanın daş dövrü düşərgələri” və “Qarabağın arxeoloji mədəniyyətləri” mövusunda mühazirə keçirilmişdir. Ə.Cəfərov Azərbaycanın daş dövrü düşərgələrində apardığı arxeoloji qazıntılar, həmçinin 2001 və 2003-cü illərdə Fransada Avropa alimləri ilə birgə həyata keçirdiyi elmi tədqiqat işləri barəsində geniş məlumat verərək özünün və həmin dövrü tədqiq edən digər alimlərin əsərlərindən ibarət ədəbiyyat siyahısını doktorant və dissertantlara təqdim edib. Professor Ə.Cəfərov mühazirə iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Həmçinin, 2025-ci il yanvarın 31-də tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun “Azərbaycanda üst paleolit problemləri” mövusunda mühazirəsi keçirilib. A.Zeynalov Naxçıvan Muxtar Respublikası ərazisində qədim daş dövrünə aid yeganə abidə olan Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar barədə geniş məlumat verib. Alim qazıntılar zamanı aşkar olunan daş məmulatlarının texniki və tipoloji xüsusiyyətlərindən danışıb. Daha sonra A.Zeynalov Azıx, Qazma və digər paleolit dövrü mağaralarından aşkar edilmiş əmək alətləri və bəzək əşyalarından bir neçə nümunəni əyani şəkildə doktorant və dissertantlara göstərib. Nümunələrlə yaxından tanış olan gələcək alimlər alimin mühazirəsini çox böyük maraqla qarşılayaraq onları maraqlandıran suallara cavab alıblar.

Tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun “Gəncə-Qazax bölgəsinin tunc-erkən dəmir dövrü abidələri” mövusunda mühazirəsi 2025-ci il fevralın 7-də baş tutub. Ş.Nəcəfov Gəncə-Qazax bölgəsinin tunc-erkən dəmir dövrü abidələrinin öyrənilmə tarixi barədə geniş məlumat verərək, həmin bölgədə apardığı arxeoloji tədqiqat işləri, yaşayış məskənləri və qəbir abidələrindən aşkar edilən maddi- mədəniyyət nümunələrindən (gil möhürlər, saxsı qablar və s.) danışıb. Bundan sonra alim doktorant və dissertantlara bu nümunələrin elektron təqdimatını nümayiş etdirib. Mühazirədən sonra gənc alimlərin suallarını cavablandıran Ş.Nəcəfov onlara mövzu ilə bağlı məsələlər barədə danışıb.

14 fevral 2025-ci il tarixdə doktorant və dissertantlar üçün tarix üzrə fəlsəfə doktoru, dosent İdris Əliyev “Abşeronun arxeoloji abidələri” mövusunda mühazirə keçib. Auditoriya tərəfindən maraqla qarşılanan mühaziərədə İ.Əliyev Abşeron abidələrinin tədqiqat tarixindən danışaraq, ərazidə aşkar olunmuş yaşayış yerləri, məbəd və kurqanların memarlıq xüsusiyyətləri, Abşeron yarımadasının Gürgan Mayakı yaxınlağında tədqiq olunan qəbir abidələri və onlardan tapılan tunc dövrünə aid daş qutu qəbirlər, bəzək əşyaları, xəncər və s.haqqında doktorant və dissertantlara geniş məlumat verib. Böyük maraqla qarşılanan təqdimatdan sonra İ.Əliyev gənc alimlərin suallarını cavablandırıb.














The Institute of Archaeology and Anthropology of the Azerbaijan National Academy of Sciences (ANAS) continues holding specialist lectures for doctoral students and dissertation candidates conducted by the institute’s scientific staff. Since January of this year, lessons have commenced according to the schedule set by the institute’s education department.

On January 10 and January 17, 2025, Doctor of Historical Sciences, Professor Asadulla Jafarov, delivered lectures on the topics “Stone Age Campsites of Azerbaijan” and “Archaeological Cultures of Karabakh.” During the lecture, Professor Jafarov provided extensive information about archaeological excavations carried out at Azerbaijan’s Stone Age campsites, as well as the scientific research projects he conducted in France in collaboration with European scientists in 2001 and 2003. He also presented a list of literature, including his own works and those of other scholars who have studied that period, to doctoral students and dissertation candidates. Additionally, Professor Jafarov answered numerous questions from the participants.

On January 31, 2025, Associate Professor Azad Zeynalov, PhD in History, gave a lecture on “Problems of the Upper Paleolithic in Azerbaijan.” He provided comprehensive information about the archaeological research conducted at the Gazma Cave, the only monument from the ancient Stone Age discovered in the Nakhchivan Autonomous Republic. Dr. Zeynalov discussed the technical and typological features of the stone artifacts unearthed during the excavations. Furthermore, he displayed several examples of labor tools and decorative items found in the Paleolithic caves of Azykh, Gazma, and others. Future researchers attentively followed his presentation and received answers to their questions.

On February 7, 2025, Associate Professor Shamil Najafov, PhD in History, delivered a lecture on “The Bronze-Early Iron Age Monuments of the Ganja-Gazakh Region.” Dr. Najafov provided extensive information about the history of research on these monuments, discussing his archaeological investigations in the region, including settlements and burial monuments. He spoke about material-cultural artifacts found in the area, such as clay seals and ceramic vessels. Following his lecture, he presented an electronic display of these artifacts. He also answered questions from young researchers and elaborated on various issues related to the topic.

On February 14, 2025, Associate Professor İdris Aliyev, PhD in History, conducted a lecture on “Archaeological Monuments of Absheron” for doctoral students and dissertation candidates. The lecture, which was met with great interest by the audience, covered the history of research on Absheron’s archaeological sites. Dr. Aliyev provided detailed information on the residential areas, temples, and burial mounds discovered in the region, as well as the architectural features of these structures. He also spoke about the burial monuments studied near the Gürgan Lighthouse on the Absheron Peninsula, including stone cist graves, decorative items, and daggers dating back to the Bronze Age. After his highly engaging presentation, Dr. Aliyev answered questions from young scholars.