Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu 2024-cü il üçün elan etdiyi qrant müsabiqəsi qalibləri sırasındadır.

Azərbaycan Elm Fondunun büdcə vəsaiti hesabına 2024-2026-ci illərdə həyata keçiriləcək “Arxeoloji qazıntılar zamanı aşkar edilən insan qalıqlarının bioarxeoloji tədqiqi və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun bazasında Bioloji antropologiya laboratoriyasının yaradılması” layihəsi Respublika elminə ciddi töhfə verəcək ilklərdəndir. Layihə çərçivəsində yaradılacaq laboratoriyada arxeoloji qazıntılar zamanı aşkar edilən qədim insan qalıqlarının yaş, cins mənsubiyyətinin müəyyən edilməsi, qeyri-spesifik zədələrin əsasında  fərdin ömür dövründə üzləşdiyi xəstəliyin, aclığın mərhələlərinin və səbəblərinin, izotop analizi vasitəsilə qida rasionunun təhlili və DNT analizi  nəzərdə tutur.

Xatırladaq ki, müsabiqə Azərbaycan Milli Elmlər Akademiyasında işləyən tədqiqatçı alimlərə əlavə yaradıcılıq imkanları yaratmaq və elmi tədqiqat işləri ilə bağlı innovativ elmi araşdırmaları daha da inkişaf etdirmək məqsədi daşıyır.