8 sentyabr 2022-ci il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri professor Hidayət Cəfərovun doğum günüdür.

İnstitutun baş direktoru professor Abbas Seyidov görkəmli alimi təbrik edərək bildirdi ki, H.Cəfərov 1978-ci ildə  elmlər namizədi, 1996-cı ildə isə elmıər doktoru dissertasiya işlərini müdafiə edərək alimlik dərəcəsi alıb. 1997-ci ildən professor elmi dərəcəsinə layiq görülüb. H.Cəfərov böyük arxeoloji məktəb keçib. Tanınmış alimlərdən dərs alıb. Dünyanın bir neçə ölkəsində elmi məruzələrlə çıxışlar edib. Layiqli tələbələr yetirib.

1989-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi” kafedrasında baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb. O, Azərbaycan  tarixinin müxtəlif problemlərinə həsr olunan 300-ə yaxın elmi məqalənin, 10-a yaxın kitabın, o cümlədən
monoqrafiyanın, dərs vəsaitinin müəllifidir.

H.Cəfərov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb və 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kollektivi adından professor Hidayət Cəfərovu səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı, elmi fəaliyyətində uğurlar
arzulayırıq.