Axisqa Türkləri
11 yanvar 2022-ci il tarixdə Azərbaycanda yaşayan Axısqa türklərinin “Vətən” ictimai birliyinin sədr müavini Mövlud İşık və şair, tanınmış ziyalı Hamdi Ayvazoğlu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsində olublar.
ATVİB-nin heyəti ilə görüş zamanı şöbə müdiri, t.e.d. türkoloq Güllü Yoloğlu və şöbənin aparıcı elmi işçisi, t.ü.e.d. Mehparə Əliyeva gələcək əməkdaşlıq planlarından, axısqalı gənclərin elmi tədbirlərə cəlb olunmasından, bölgələrə etnoqrafik ekspedisiyalardan danışıblar. Birliyin sədr müavini Mövlud İşık ictimai birliyin gördüyü işlərdən, Qarabağ döyüşlərində şəhid olan axısqalıların igidliyindən, Vətən sevgisindən, gələcək əməkdaşlığın perspektivlərindən söhbət açaraq, şöbəyə bir neçə kitab, dərgi və qəzet hədiyyə edib.
Görüşdə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi ilə gələcək əməkdaşlıq planları, axısqalı gənclərin elmi tədbirlərə cəlb olunması, Axısqa türklərinin yaşadıqları bölgələrə etnoqrafik ekspedisiyaların təşkili kimi bir çox vacib məsələlər müzakirə edilib.
Novruz bayramı ərəfəsində institutun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi ilə “Dünya Türkologiya Mərkəzi” tərəfindən birlikdə keçirilməsi nəzərdə tutulan “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı Beynəlxalq konfrasla bağlı fikir mübadiləsi də aparılıb.
Sonda xatirə şəkli çəkilib.