05 may 2025-ci il tarixində Azərbaycan Universitetində “Gənc Alimlərlə Görüş” adlı elmi tədbir keçirildi. Tədbirin qonağı AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bioarxeoloq Ülkər Allahverdiyeva idi.
Görüş zamanı Ülkər xanım, “Matriarxat: Köhnəlmiş Konsepsiya, Yoxsa Həqiqət?” mövzusunda çıxış edib. O, xüsusilə gənc tədqiqatçıların diqqətini alternativ cəmiyyət formalarına çəkib və bu mövzuda geniş fikir mübadiləsi aparılıb.
Tədbir interaktiv diskussiya şəklində davam edib və iştirakçılar cinsi mənsubiyyət rollarına görə fərdlərin keçmişdə və bunun fonunda günümüzdə yeri, cinsi mənsubiyyətə görə dəfn adətləri, məzar hədiyyələri və s. məsələləri barədə olan suallarını birbaşa mütəxəssisə ünvanlamaq imkanı qazandılar.
Tədbir AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının birgə təşkilatçılığı ilə keçirilmişdir.

English





