Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə Tokioda elmi sərgi keçirildiScientific Exhibition Held in Tokyo on Archaeological Research Conducted in Azerbaijan
Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan və Yaponiya arxeoloqlarının əməkdaşlığı çərçivəsində aparılan elmi tədqiqatların nəticəsinə həsr edilmiş elmi tədbirlər silsiləsi keçirilib. Tədbirlər elmi müzakirələri və Azərbaycanın Qazax rayonunda yerləşən Damcılı mağarasının elmi əhəmiyyətini ictimaiyyətə tanıdan sərginin təşkilini ehtiva edib. Tokio Universiteti və Universitet Muzeyinin dəvəti ilə tədbirlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, doktorant Ülviyyə Səfərova, Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev də iştirak ediblər.
Azərbycandan olan ziyarətçilər Tokio Universitet Muzeyinin, həmçinin, İntermediateka muzeyinin (JP Tower Intermediatheque / IMT) müxtəlif dövrlərə və regionlara aid eksponatları ilə tanış olublar. Eyni zamanda səfər çərçivəsində tədqiqatçılar və alimlərin iştirakı ilə keçirilən elmi seminarda Prof. Yoşihiro Nişiaki Azərbaycanın qərb bölgəsində aparılan elmi-tədqiqat işləri ilə bağlı geniş məruzə ilə çıxış etdi.
Qeyd etmək lazımdır ki, 2015-ci ildə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən Yaponiya – Azərbaycan birgə beynəlxalq arxeoloji ekspedisiyası təşkil edilmişdir. Tədqiqatların başlıca məqsədi – Cənubi Qafqaz regionunun Orta Kür hövzəsində mezolitdən neolitə keçidin tədqiqi ilə yanaşı paleolit və mezolit ovçu-yığıcıların sosial-iqtisadi həyatı haqqında məlumat əldə etmək idi. 2016-2019-cu və 2022-ci illərdə baş tutmuş arxeoloji tədqiqatlara Yaponiya tərəfdən Tokio Universitetinin professoru, Tokio Universitet Muzeyinin direktoru Yoşihiro Nişiaki rəhbərlik etmişdir. Azərbaycan tərəfdən ekspedisiyaya müxtəlif illərdə t.ü.f.d. A.Ə. Zeynalov, t.ü.f.d. M.M. Mansurov və t.ü.f.d. Y.Məmmədov həmrəhbər olublar. Bu qazıntılar Damcılı mağarasının Cənubi Qafqazın nadir çoxtəbəqəli arxeoloji abidəsi olduğunu sübut etməyə imkan yaradıb və bir sıra elmi məsələlərin həllinə öz töhfəsini verib.
A series of scientific events dedicated to the results of joint archaeological research conducted by Azerbaijani and Japanese scientists was held in Tokyo, the capital of Japan. The events included scientific discussions and an exhibition aimed at introducing the public to the scientific significance of Damjili Cave, located in the Gazakh district of Azerbaijan. The events were organized at the invitation of the University of Tokyo and its Museum, with the participation of Ulviyya Safarova, a researcher at the Institute of Archaeology and Anthropology of the Azerbaijan National Academy of Sciences (ANAS) and a doctoral candidate; Saadat Aliyeva, Director of the “Avey” State Historical-Cultural Reserve under the State Service for the Protection, Development, and Restoration of Cultural Heritage under the Ministry of Culture; and Musa Mursaguliyev, Director of the “Keshikchidag” State Historical-Cultural Reserve.
The Azerbaijani delegation familiarized themselves with exhibits from various periods and regions at the University of Tokyo Museum and the JP Tower Intermediatheque (IMT) Museum. During the visit, a scientific seminar was held with the participation of researchers and scientists, where Professor Yoshihiro Nishiaki delivered a comprehensive presentation on the scientific research conducted in the western region of Azerbaijan.
It is worth noting that, based on a memorandum signed in 2015 between the Institute of Archaeology and Anthropology of ANAS, the Ministry of Culture of the Republic of Azerbaijan, and the University of Tokyo, a joint Japan-Azerbaijan international archaeological expedition was established. The primary goal of the research was to study the transition from the Mesolithic to the Neolithic in the Middle Kura Basin of the South Caucasus region, as well as to gather information about the socio-economic life of Paleolithic and Mesolithic hunter-gatherers. The archaeological research conducted between 2016–2019 and 2022 was led by Professor Yoshihiro Nishiaki, Director of the University of Tokyo Museum, on the Japanese side. On the Azerbaijani side, the expedition was co-led by Ph.D. A.A. Zeynalov, Ph.D. M.M. Mansurov, and Ph.D. Y. Mammadov in various years. These excavations have proven that Damjili Cave is a rare multi-layered archaeological site in the South Caucasus and have contributed to resolving a number of scientific issues.





