Azərbaycanlı alim Səmərqənd şəhərində keçirilən beynəlxalq elmi konfransda çıxış edib
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dosent Elmira Cəfərova Özbəkistan Respublikasının Səmərqənd şəhərində Qulyamov adına Səmərqənd Arxeoloji İnstitutu tərəfindən keçirilən “Mərkəzi Asiya xalqlarının tarixi və mədəni irs obyektlərinin fənlərarası tədqiqi və mühafizəsi: nailiyyətlər və perspektivlər” adlı Beynəlxalq Elmi-praktik konfransda çıxış edib. Onun “Müasirliklə dialoq məkanında arxeoloji irs” (“Archaeological heritage in the space of dialogue with modernity”) adlı ingilis və rus dilində məruzəsi böyük maraq doğurub.
Konfransda Azərbaycan, Özbəkistan, Qazaxıstan Fransa, Yaponiya, Rusiya və digər ölkələri təmsil edən arxeoloq-alim və tədqiqatçı elmi məruzələrlə çıxış ediblər.
Konfrans müddətində iştirakçılar 2001-ci ildən UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilən Səmərqənd şəhərinin ərazisində və yaxınlığında yerləşən bir sıra tarixi – arxeoloji abidələrinə o cümlədən, qədim və erkən islam mədəniyyətlərini özündə əks etdirən Əfrasiyab şəhərgahına və muzey kompleksinə səfər ediblər.

English









