18 aprel 2025-ci iltarixində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-diyarşünaslıq Muzeyi, Masallı rayon Heydər  Əliyev Mərkəzi və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı altında 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə “Tarixi abidələr və mədəni irs: mövcud çağırışlar və perspektivlər” adlı elmi-praktiki konfrans keçirilib. Elmi –praktiki  konfransda təşkilatçı müəssisənin nümayəndələri, mədəni irsin qoruyucuları, tarix müəllimləri, Lənkəran Dövlət Universitetinin və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər. Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  ilə başlanmışdır. Tədbirə dəvət oıunan Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya  İnstitunun  aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə  “Azərbaycanın cənub-şərq  bölgəsinin arxeoloji abidələri:  tədqiqatlar və müasir  yanaşmalar” mövzusunda geniş təqdimatla çıxış etmiş və bölgədə aparılan tədqiqatlardan bəhs etmişdir. Elmi–praktik  konfransda iştirak edən məllim və tələbələrin mövzu ətrafında müzakirələri aparılmış və sualları cavablandırılmışdır. Yekunda konfrans iştirakçıları Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edərək mədəni irsimizi özündə yaşadan eksponatlarla yaxından tanış olmuşlar.