AMEA Arxeologiya və Antropologiya İnstitutunda Dəmir dövrünə aid arxeoloji irsin daha sistemli şəkildə öyrənilməsi məqsədilə 2021-ci ildə Dəmir dövrü arxeologiyası şöbəsi yaradılmışdır. Şöbə AMEA-nın müxbir üzvü, t.e.d., professor İlyas Babayevin rəhbərlik etdiyi Antik dövr şöbəsinin bazasında formalaşdırılmışdır. İlyas Babayevin vəfatından sonra 2018-ci ildən etibarən Antik dövr şöbəsinə t.ü.f.d. Zaur Həsənov rəhbərlik etmiş, 2021-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə şöbə yenidən təşkil olunaraq Dəmir dövrü arxeologiyası şöbəsi adı altında fəaliyyətə başlamışdır. Hazırda şöbəyə t.e.d. dosent Zaur Həsənov rəhbərlik edir.
Şöbənin əsas elmi-tədqiqat istiqamətləri
— Azərbaycan ərazisində dəmir dövrünuün (və ondan əvvəlki və sonraki dövrlərlə keçid problemlərinin) arxeoloji abidələrinin kompleks şəkildə öyrənilməsi;
— Dəmir dövrü yaşayış yerləri və nekropolların qeydə alınması, tədqiqi və əldə olunan materialların elmi dövriyyəyə daxil edilməsi;
— Dəmir dövrünə aid maddi-mədəniyyət nümunələrinin tipoloji, xronoloji və mədəni kontekst üzrə araşdırılması;
— Qədim Azərbaycanda dövlətlərin yaranması, Azərbaycanın qədim şəhər mədəniyyəti, beynəlxalq əlaqələrinin öyrənilməsi;
— Yerli və regional mədəniyyətlərin qarşılıqlı əlaqələrinin, təsir dairələrinin və mədəni inteqrasiyasının müəyyənləşdirilməsi;
— Şöbə əməkdaşlarının arxeoloji ekspedisiyalarda, beynəlxalq və yerli konfranslarda iştirakı, elmi məqalələrin, monoqrafiyaların hazırlanması.
Şöbənin fəaliyyət dövründə əldə etdiyi əsas elmi nəticələr və nailiyyətlər:
— Azərbaycan ərazisində Dəmir dövrünə aid yaşayış yerlərinin və kurqanların tədqiqi genişləndirilmiş, bu dövrə aid yeni arxeoloji komplekslər elm aləminə təqdim edilmişdir;
— Antik dövrə aid yaşayış yerləri və nekropollar üzrə aparılan tədqiqatlar nəticəsində bölgələr üzrə yeni arxeoloji məlumatlar toplanmış və mövcud elmi təsəvvürlər genişləndirilmişdir;
— Bir neçə arxeoloji ekspedisiya çərçivəsində əldə olunmuş Dəmir və Antik dövr materialları əsasında həm beynəlxalq, həm də yerli elmi jurnallarda məqalələr və konfrans materialları nəşr edilmişdir;
— Şöbə əməkdaşları aşağıdakı abidələrdə aparılan arxeoloji tədqiqatlarda fəal şəkildə iştirak edirlər:
Dəmir dövrü: Füzuli rayonunda Yedditəpə kurqanlar kompleksi; İmişli rayonunda Yeddittəpə kurqanlar kompleksi; Ağstafa rayonunda Ağalıqtəpə yaşayış yeri;
Dəmir və antik dövr: Şəki rayonunda Təpəbaşı və Kiş-Doxun abidələri; Lerik və Yardımlı rayonları ərazisində yaşayış yerləri və nekropolları; Qəbələ rayonu ərazisində antik şəhər yeri (Çaqqallı), Səlbir qədim şəhər yeri, Yaloylutəpə nekropolu; Naxçıvan Muxtar Respublikasında Meydantəpə yaşayış yeri.
“Dəmir dövrü arxeologiyası” şöbəsinin əməkdaşları:
- Zaur Həsən oğlu Həsənov — şöbə müdiri, tarix elmləri doktoru, dosent
- Əkbər Həsənqulu oğlu Bədəlov — aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
- Ceyhun Tofiq oğlu Eminli — aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru
- Cavid Qulaməli oğlu Bayramov — elmi işçi
- Nərmin Mirzə qızı Məmmədli — elmi işçi
- Nərmin Şamil qızı Bayramova — kiçik elmi işçi
- Xuraman Qara qızı Əhmədova — mütəxəssis