DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ TƏBRİK

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü Fərhad Quliyev İnstitut əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli həmkarlar! Yola saldığımız 2025-ci il AMEA Arxeologiya və Antropologiya İnstitutunun zəhmətkeş kollektivi üçün uğurları ilə yadda qalıb.Xalqımız üçün ötən il Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Milli Ordumuzun əldə etdiyi tarixi qələbənin 5 illiyi ilə əlamətdar idi. Bu Qələbədən bəhrələnən və elmi müəssisəmizin ənənələrinə sadiq olan İnstitutumuzda cəmlənmiş Azərbaycan xalqının ziyalıları öz yorulmaz və təmənnasız əməyi ilə tədqiqatlarını davam etdirərək Vətən və dünya elmini yeniliklər və kəşflərlə zənginləşdirmişlər. Müasir tələblərə cavab verən beynəlxalq miqyaslı dövrü elmi dərgimiz işıq üzü görmüş, azad edilmiş Vətən torpaqlarında elmi araşdırmalar vüsət almışdır. Elmi-tədqiqat müəssisəmizin uğurlarında öz imzasını atmış bütün həmkarlarımı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edir, qarşıdan gələn 2026-cı ildə elmi fəaliyyətlərində uğurlar arzulayıram!”.





