ELAN
4 Aprel 2025-ci il tarixində saat 11:00 – da AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində, Elm gününə həsr edilmiş ikinci görüşü keçirələcəkdir. Layihənin əsas məqsədi gənclər arasında elmi müzakirə mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının artırılması və elmi-tənqidi düşüncənin inkişaf etdirilməsidir. Növbəti məruzə “Kollektiv qəbirlər: Kiş Doxun nekropolunun təhlili” mövzusunda (məruzəçi: Nərmin Məmmədli) olacaqdır.





