ELAN
7-8 may 2025-ci il tarixlərində “Azərbaycanda arxeoloji tədqiqatlar: nəticələr və perspektivlər” adlı elmi sessiya keçiriləcəkdir.
Elmi sessiyaya təqdim olunacaq tezislər aşağıdakı qaydalara uyğun tərtib olunmalıdır:
1.Tezislər Azərbaycan dilində, MS Word proqramında, A4 formatında, Times New Roman şrifti ilə 12 pt keqel ölçüsündə, sətir arası interval – 1,5 sm, səhifə parametrləri soldan 3 sm, sağdan 1 sm, yuxarıdan və aşağıdan 2 sm olmaqla tərtib olunmalıdır.
2. 1-ci səhifənin sağ yuxarı küncündə müəllifin (müəlliflərin) adı, soyadı və altında – 2-ci sətirdə elektron poçt ünvanı, ondan bir abzas aşağıda, səhifənin ortasında, qalın və böyük hərflərlə tezisin başlığı yazılmalıdır.
3. Tezislərdə ekspedisiyaların işlədikləri abidələrin GPS koordinatları, qazıntı sahəsi, tipi, dövrü, mədəni təbəqə yatımı (abidənin stratiqrafiyası), qazıntı zamanı aşkar edilmiş ən mühüm tapıntılar və əldə edilmiş elmi nəticələr haqqında ümumiləşdirilmiş qısa məlumat öz əksini tapmalıdır.
4. Tezislər, 25 aprel 2025-ci il tarixdən gec olmayaraq aşağıda qeyd olunan elektron ünvana göndərilməli, çap variantları isə mətnin sonunda müəlliflərin imzaları olmaqla 120-ci otağa (1-ci mərtəbə) – Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinə təqdim olunmalıdır.
E-poçt ünvanı:ibrahimlib@mail.ru





