ELAN
Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya sənəd qəbulu elan edir
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunda “Arxeologiya” ixtisası, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər elektron şəkildə müraciət edə bilərlər.
Sənəd qəbulu portal.edu.az vasitəsilə 13 may 2025-ci il tarixdən 2 iyun 2025-ci il tarixi saat 18:00-dək həyata keçiriləcək. Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq istəyən şəxslər institutun Təhsil şöbəsinə müraciət edə bilərlər.
Ünvan: AMEA-nın əsas binası, 3-cü mərtəbə, otaq 319.
Qeyd: Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün tələb olunan sənədlər barədə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.
https://science.gov.az/az/news/open/32465





