19 May 2025-ci il tarixində saat 15:00 – da AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində üçüncü görüşü keçirəcəkdir. Layihənin əsas məqsədi gənclər arasında elmi müzakirə mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının artırılması və elmi-tənqidi düşüncənin inkişaf etdirilməsidir. Növbəti məruzə “Şiddətin bioarxeologiyası” mövzusunda (məruzəçi: Tomaeva L. ) olacaqdır.

 

Məkan: 612-ci otaq