Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında Arxeologiya və Antropologiya İnstitutunun “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyası öz işini davam etdirdi.
Vizual elektron slayd təqdimatlarının müşayəti ilə İnstitutun 27 elmi əməkdaşı aparılmış arxeoloji və antropoloji tədqiqatlar barədə məruzə etmişlər.
Böyük maraq və mövzular üzrə fikir mübadiləsi ilə müşayət olunan çıxışlardan ibarət sessiya öz işini yekunlaşdırdı. Qeyd edək ki, sessiya AMEA-nın yaradılmasının 80 illiyinə həsr edilmişdir.
Oxuma sayi: 367





