AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Albanşünaslıq Emi Mərkəzi”nin böyük elmi işçisi, t.ü.f.d Elmira İdris qızı Abbasovanın 65 illik yubileyi qeyd olunub. İnstitutun baş direktoru, professor Abbas Seyidov “Albanşünaslıq Emi Mərkəzi”nin rəhbəri Qafar  Cəbiyev yubiley münasibəti ilə Elmira xanımı təltif edib, kollektiv adından ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzulayıb.

Baş direktor bildirib ki, Elmira Abbasova 1957-ci ildə Laçın şəhərində anadan olub. 1984-cü ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda elmi fəaliyyətə başlayıb.

2000-2001-ci illərdə Bakı–Tiflis–Ceyhan Əsas İxrac Neft Boru Kəmərinin /SOCAR/ çəkilişi ilə əlaqədar “Şahdəniz” layihəsində “BP”-nin əməkdaşları ilə Sanqaçal-Tiflis /Qırmızı körpü/ kəməri boyunca yerləşən arxeoloji abidələrin siyahıya alınmasında iştirak edib, kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar aparıb. 2002-ci ildə “BP” şirkətinin rəhbərliyi tərəfindən yazılı təşəkkür alıb. 2003-cü ildən başlayaraq Şamaxı, Şirvan-Hacıqabul (Əlibayramlı) Gəncə, İmişli, Kürdəmir, Basqal, Qəbələ, Ağsu—İsmayıllı və digər arxeoloji ekspedisiyalarda iştirak edib.

Q.Cəbiyev çıxışı zamanı qeyd etdi ki, Elmira xanım 2004-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən çoxcildli Azərbaycan Arxeologiyası (orta əsrlər) monoqrafiyasının VI cildinin göstəricisinin tərtibatçısı (abidələrin latın qrafikası üzrə tərtib etmiş) olub, çap olunan elmi hesabatların və “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomu. Tarixi-arxeoloji araşdırma, I, II buraxılış – 2010-cu il, III buraxılış – 2011-ci il Bakı. “CBS” monoqrafiyalarına həmmüəllifdir. O, 2000-cı ildən Cənub Şərqi Şirvanın Orta əsr yaşayış yerləri işi üzərində tədqiqatlara cəlb olunub. 2016-cı ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 60-dan artıq elmi əsərin, o cümlədən, bir monoqrafiyanın (Şirvan Orta əsrlərdə (IX-XVII əsrlər) (Hacıqabul, Kürdəmir, Salyan rayonları və Şirvan şəhərinin arxeoloji materialları əsasında) müəllifidir. Elmi məqalələri ölkə daxili və xaricdə müxtəlif elmi jurnallarda çap olunub. Respublika və Beynəlxalq arxeoloji konfranslarda (Türkiyə, İtalya, Kazan, Rostov) tezis və məruzələrlə çıxışlar edib.

Elmira xanım Abbasovanı bir daha kollektiv adından təbrik edirik!!!