İMARƏT KOMPLEKSİNİN BƏRPA LAYİHƏSİ
ÇƏRÇİVƏSİNDƏ QƏBİRSTANLIĞIN ARXEOLOJİ
TƏDQİQİ
DAHA ƏTRAFLI
GORANBOY RAYONU
MUNCUQLUTƏPƏ
DAHA ƏTRAFLI
ŞƏMKİR
QAZINTILARI
DAHA ƏTRAFLI
GÖYTƏPƏ NEOLİT DÖVRÜ
YAŞAYIŞ YERİ
DAHA ƏTRAFLI

 Arxeologiya və Antropologiya İnstitutu

Arxeologiya və Antropologiya İnstitutunun təşəkkülü və formalaşması uzun tarixi prosesin nəticəsi ilə bağlı olmuşdur. Arxeoloji tədqiqatların təşkilatlanmasının bünövrəsində 1923-cü ildə təşkil olunmuş Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması durmuşdur. 

Cəmiyyət başqa sahələrlə yanaşı arxeoloji və etnoqrafik tədqiqatların da istiqamətlənməsində mühüm rol oynamışdır. Növbəti mərhələ 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsinin yaranması ilə davam etdirilmişdir. Arxeoloji Komitə ekspedisiyaların təşkili, abidələrin qeydə alınması və ilkin tədqiqi ilə bağlı intensiv fəaliyyət göstərmişdir. 

1929-cu ildə yeni yaranmış Azərbaycan Elmi-Tədqiqat İnstitutunun tərkibində fəaliyyət göstərən arxeoloq və etnoqraflar tədqiqatların miqyasını daha da genişləndirmişdir.