Fevralın 27-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisindəki tarixi abidələrə baxış keçirmişlər. Hər iki qurumun arasında elmi tədqiqatların aparılması barədə birgə əməkdaşlıq razılaşmasına əsasən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun arxeoloji tədqiqatlara cəlb edilməsinin mərhələli “yol xəritəsi”ni ehtiva edən ilkin fəaliyyət layihəsi müzakirə edilmişdir. Həmçinin, elmi tədqiqatların “yol xəritəsi” layihəsi təşəbbüsündə İçəri Şəhərdəki tarixi abidələrdə arxeoloji tədqiqatların aparılması mövzusu üzrə hər iki qurum arasında görüşlərin intensivləşməsi barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təklifləri də yer almışdır.

Beləliklə, aparılmış müzakirələr zamanı uzun müddətlik fasilədən sonra yaxın gələcəkdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğlarında elmi tədqiqatların başlanılması təşəbbüsü üzrə ümumi razılıq əldə edilmişdir.