Aprelin 18-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi Şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini diqqətə çatdırıb. Əvvəlcə ölkə Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd olunması haqqında” Sərəncamının Azərbaycan aliminə verilən yüksək dəyərin nümunəsi olduğunu deyib, bu münasibətlə iclas iştirakçılarını təbrik edib.
Daha sonra müxtəlif məsələlər üzrə müzakirələr keçirilib. və müzakirələrdə İnstitut direktorları Sonra akademik Gövhər Baxşəliyeva AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Dünya tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İradə Bağırovanın “Azərbaycan və dünya tarix elminin inkişaf tendensiyaları” mövzusunda məruzəsinin dinləniləcəyini bildirib və vurğulayıb ki, dinləniləcək məruzə müasir Azərbaycan tarix elminin dünya tarix elminə inteqrasiyası, dünya tarixinin ölkə tarixinə təsiri və. s məsələrinin öyrənilməsi baxımından çox ciddi və aktual məsələyə həsr olunub.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda ingilis dilində “Azerbaijan Archaeology and Anthropology” (Azərbaycan Arxeologiyası və Antropologiyası), “Arxeoloji irs” adlı elmi jurnallarının təsis edilməsi haqqında, eləcə də akademik Ziyad Səmədzadənin 85, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 85, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 70 illik yubileyləri haqqında qərarlar qəbul edilib.
İclasda, həmçinin səmərəli fəaliyyətlərinə görə bir sıra əməkdaşlar təltif olunub. AMEA Arxeologiya və Antropologiya İnstitutun əməkdaşları t.ü.f.d. Dürdanə Yusifova və Lola Hüseynova da səmərəli fəaliyyətlərinə görə təltif edilmişlər.

English





