İğdırda arxeoloji tədqiqatlar başlayır
İğdırda xalkolit, tunc və dəmir dövrlərinə işıq salacaq geniş miqyaslı arxeoloji layihənin hazırlıqlarına başlanılıb. Azərbaycan, Türkiyə və Almaniyadan olan ekspertlər İğdır valisi Erkan Turanı onun ofisində ziyarət edərək layihə ilə bağlı məlumat veriblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutundan dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyətinə Mardin Artuklu Universitetinin professoru Aynur Özfirat, Almaniyanın Frankfurt şəhərindəki Goethe Universitetindən Dr. Sepideh Maziar və İğdır Muzeyinin direktoru Göçerildiz Demet daxildir.
Ziyarət zamanı vali Erkan Turana İğdırın Mərkəz, Qaraqoyunlu və Aralık ilçelerinde aparılacaq arxeoloji tədqiqatların təfərrüatları barədə məlumat verilib. Türkiyə-Azərbaycan birgə layihəsinin ikinci mövsümü 2025-ci il sentyabrın 1-dən 15-dək həyata keçiriləcək.Bu araşdırmaların məqsədi bölgənin min illik tarixi ilə bağlı yeni məlumatları ortaya çıxarmaqdır.
Mənbə: igdirvaliligi





