4-5 iyun 2025-ci il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə “İcma, Mədəniyyət və Elmi Əməkdaşlıq” mövzusunda Gənc Etnoqrafların I Respublika Forumu keçirilmişdir. Forumda AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları da iştirak etmişdir. Onlardan t.ü.f.d., dosent Tükəzban Alıyeva və böyük elmi işçi Təranə Babayeva  “Azərbaycanın Şimal-Şərq bölgəsinin arxeoloji abidələrinin tədqiqində arxeoloq alim Qəhrəman Ağayevin rolu”, böyük elmi işçi Fidan Xələfova Əliyeva “Azərbaycanın Şimal-Şərq ərazisindəki İlk Tunc dövrü abidələrindən aşkar olunmuş plastika nümunələri (Çaqqallıtəpə və Sərkərtəpə abidələrinin materialları əsasında)”, elmi işçi Pəri Ağayeva “Şabran rayonu ərazisindəki Taclı Nənə ziyarətgahı haqqında”, böyük elmi işçi Lola Hüseynova və t.ü.f.d, aparıcı elmi işçi İlhamə Sadıqova “Davud bəy Şərifovun çap olunmayan 1928-ci il Çovdar qazıntıları (Son tunc-İlk Dəmir dövrü)”, böyük elmi işçi Arzu Abdullayeva “Azərbaycanın Son tunc-İlk Dəmir dövrü daş qutu tipli qəbirləri”, böyük laborant Nigar Əzizova “Xarici tədqiqatçılar tərəfindən Azərbaycanda aparılan sosio-linqivistik tədqiqatların xüsusiyyətləri” adlı məruzələr ilə çıxış etmiş və iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbirin sonunda isə əməkdaşlar sertifikatlar ilə təltif olunmuşlar.