İnstitutun əməkdaşları beynəlxalq onlayn elmi seminarda iştirak ediblər
2026-cı il fevralın 10-da “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə Orta əsr dövrünə aid mədəni irs nümunələrinin qorunması, öyrənilməsi və təbliği mövzusunda onlayn elmi seminar keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarının nümayəndələri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları t.ü.f.d. dos. Şamil Nəcəfov, t.ü.f.d. Yaqub Məmmədov və Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tarix, arxeologiya və memarlıq ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər.
Seminar Türk dünyasının ortaq tarixi-mədəni irsinin müasir elmi metodlarla öyrənilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Orta əsr dövrünə aid abidələrin qorunması və təbliği istiqamətində aparılan müzakirələr, həmçinin Azərbaycan və Qazaxıstan alimlərinin birgə təşəbbüsləri gələcəkdə ortaq layihələrin reallaşdırılmasına zəmin yaradır.
Seminarda Türk dünyasının ortaq mədəni irsinin tədqiqi və bu sahədə əməkdaşlığın genişləndirilməsi mövzusunda müzakirələr aparılıb.
Tədbirin sonunda könüllülərə və tələbələrə beynəlxalq sertifikatlar təqdim edilib.













