2025-ci il 2 iyul tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Qazax Müəllimlər Seminariyasının ADA Universitetinin Qazax Mərkəzində “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi -5” layihəsi: “Ağstafa-Qazax bölgəsinin arxeoloji irsi yeni tədqiqatlar işığında” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.
Seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları t.ü.f.d, dosent Şamil Nəcəfov “Qazax və Ağstafa rayonlarının tunc dövrü abidələrində son tədqiqatlar“, t.ü.f.d. Yaqub Məmmədov “2016-2023–cü illərdə Damcılı mağarasında aparılmış Azərbaycan – Yaponiya birgə beynəlxalq arxeoloji tədqiqatlarının nəticələri”, t.ü.f.d. Ülviyyə Hacıyeva “Qazax və Ağstafa bölgəsinin alban xristian irsi” mövzusunda məruzə ediblər.
Tədbir, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsləri, BDU Qazax filialının professor-müəllim heyətinin, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivinin, o cümlədən, bölgənin tarixi abidələrində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlərin, abidə mühafizləri və tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarının, tarix müəllimlərinin, ziyalıların, gənclərin iştirakı ilə təşkil olunmuşdur.
Elmi-praktiki seminarın keçirilməsində əsas məqsəd layihənin nəticələrini elmi ictimaiyyətə təqdim etmək, aparılmış tədqiqatların arxeoloji əhəmiyyətini dəyərləndirmək, iştirakçıların əldə etdiyi praktiki və nəzəri bilikləri bölüşmək, eyni zamanda gələcək tədqiqat istiqamətləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaq olmuşdur.

English





