AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin “Yay imtahan sessiyasının keçirilməsi haqqında” 23 aprel 2025-ci il tarixli 46 nömrəli Sərəncamına əsasən, ixtisas fənni üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı elan verilmişdi. 16 may 2025-ci il tarixdə keçirilən imtahanda iştirak edən iddiaçıların cavabları İmtahan Komissiyası tərəfindən qiymətləndirildi. İddiaçıların hər birinə “İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanının nəticələrinə dair Şəhadətnamə” təqdim olundu.
Oxuma sayi: 326

English





