Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kanq Kımqu AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzeyini ziyarət etmişdir. Ziyarət çərçivəsində səfir “Elmi Ekspozisiyanın Təşkili” şöbəsinin müdiri Orxan Zamanov və əməkdaşları tərəfindən qarşılanmışdır.

Muzeyin sərgi ekspozisiyası üzrə bələdçiliyi institutun kiçik elmi işçisi Beydullazadə Vüsalə aparmış, ekskursiya zamanı nümayiş etdirilən eksponatlar və ekspedisiyalar nəticəsində əldə olunan materiallar haqqında ətraflı məlumat vermiş, səfirin ünvanladığı sualları cavablandırmışdır.

Ziyarətin sonunda səfir muzeyin fəaliyyəti ilə bağlı məmnunluğunu və təşəkkürünü ifadə etmiş, tərəflər arasında xatirə şəkli çəkilmişdir.