26 may 2025-ci il tarixində AMEA-nın əsas binasının akt zalında “ Kurqan abidələri və onların arxeoloji tədqiqi (Yedditəpı kurqanları əsasında)” mövzusunda elmi seminar keçirildi. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun və Bakı Dövlət Universiteti Tarix fakültəsinin birgə təşkilatçılığı ilə baş tutdu.

Seminarda institutun elmi işçisi, arxeoloq Nərmin Məmmədli çıxış edərək  kurqanların yayılma arealı, onların morfoloji xüsusiyyətləri, dəfn ənənələri və arxeoloji qazıntılar zamanı əldə olunan materiallar barədə ətraflı məlumat verdi. Nərmin Məmmədli öz təqdimatında kurqanların tədqiqinin regionun qədim ictimai quruluşu, dini inancları və maddi-mədəni irsi haqqında əhəmiyyətli məlumatlar verdiyini xüsusi vurğuladı.

Seminar iştirakçıları – arxeoloqlar, tarixçilər, tələbələr və bu sahəyə marağı olan şəxslər təqdimatdan sonra mövzu ətrafında fikir mübadiləsi apardılar və müxtəlif suallarla çıxış etdilər.

Tədbir, ölkəmizin qədim tarixinin araşdırılması və bu istiqamətdə gənc alimlərin elmi fəaliyyətə təşviqi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirildi.