“Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfransInternational Scientific Conference on “Preservation of Prehistoric Human Settlements: Threats and Modern Approaches”
Martın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Tədbirdə bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edirlər.
Medeniyyet.info.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar edilmiş eksponatlardan ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iştirakçıları salamlayıb. Bildirib ki, konfransın məqsədi mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirə edilməsidir. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regional əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər yaratmaq da qarşıya məqsəd qoyulub.
Nazir bildirib ki, Azərbaycanın zəngin mədəni irsinin ən qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan məskənləri təşkil edir. Belə ki, ibtidai insanların yaşadıqları çoxsaylı qədim məskənlər, xüsusilə də Azıx, Tağlar və Damcılı kimi mağara düşərgələri, həmçinin Qobustan qayaüstü rəsmləri bəşər sivilizasiyasının inkişaf mərhələlərinin öyrənilməsində mühüm rol oynayır. Bu abidələr sivilizasiya və mədəniyyətin beşiyi hesab edilməklə yanaşı, insanların fiziki və mənəvi inkişaf mərhələlərinin, kamilləşmə yolunun, əmək vərdişləri və yaşam tərzlərinin, həmçinin onların miqrasiya yollarının tədqiqi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Qədim insan məskənləri həm də xalqların mədəni irslərinin ilk rüşeymlərinin formalaşdığı və çiçəkləndiyi məkanlar kimi tarix, arxeologiya və etnoqrafiya ilə yanaşı, kulturologiya sahəsində də elmi tədqiqatlar üçün qiymətli mənbələrdir.
Adil Kərimli deyib ki, Mədəniyyət Nazirliyi bu cür tarixi-mədəni abidələrdə birgə elmi ekspedisiyaların aparılması, nəticələrin beynəlxalq səviyyədə müzakirəsi və daha da vacibi tədqiqat nəticələrinin həm elmi, həm də kütləvi mənbələrdə dərc olunaraq geniş ictimaiyyət arasında təbliğinə, gələcək nəsillərə çatdırılmasına töhfə verməyə hazırdır: “Eyni zamanda bu istiqamətdə beynəlxalq tərəfdaşlarla, aparıcı xarici elmi dairələrlə işləməkdə maraqlıyıq.
Bu da təsadüfi deyil, çünki cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasəti qayəsində ölkə ərazisində yerləşən bütün mədəni irsimiz, o cümlədən tarixi və mədəni abidələr etnik və dini mənsubiyyətindən asılı olmayaraq dövlət tərəfindən mühafizə, bərpa və təbliğ edilməsi dayanır. Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi, “Multikultralizm Azərbaycan xalqının həyat tərzidir”.
Hərbi təcavüz nəticəsində torpaqlarının bir hissəsi 30 ilə yaxın işğal altında qalmış bir dövlət olaraq, biz bu acı həqiqəti öz təcrübəmizdə yaşamışıq. İşğalçı qüvvələr tərəfindən tarixi abidələr dağıdılmaq və xalqımıza məxsus zəngin və qədim eksponatlar talanmaqla yanaşı, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasında qanunsuz arxeoloji ekspedisiyaların aparılması da müşahidə edilmişdir.
Bu xüsusda, düşünürəm ki, müzakirələr çərçivəsində həm də beynəlxalq təşkilatların mövcud mexanizmlərinin təkmilləşdirilməsi və monitorinq imkanlarının genişləndirilməsi yollarına da toxunulmalıdır. 2023-cü ilin sonunda UNESCO tərəfindən 1954-cü il Konvensiyasının II Əlavə Protokolunda əks olunan Monitorinq Mexanizmlərinin çərçivəsinin təsdiq edilməsi çox mütərəqqi addım idi. Bu mexanizm yalnız münaqişə dövrü və postmünaqişə dövrünə deyil, həm də sülh dövründə effektiv olmalıdır. Həmçinin bu mexanizm dövlətlər tərəfindən eksterritorial mədəni irslərinin mühafizəsi ilə bağlı çağırışların cavablandırılmasında istifadəsi vacibdir”.
Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Açılış mərasimində həmçinin AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan Raev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət İnstitutunun prezidenti Saad S. Xan çıxış edib, tədbirin əhəmiyyətini vurğulayıblar.
“Qədim insan yaşayış məskənləri mədəni irsin beşiyi kimi”
Daha sonra konfrans öz işini panel iclaslarla davam etdirib. Günün ilk panel iclası “Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi” mövzusuna həsr olunub. Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlının moderatorluğu ilə gerçəkləşən panel iclasında İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro əsas məruzəçi kimi çıxıb edib. Daha sonra Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, Qazaxıstanda Elmi Bərpa Laboratoriyasının yaradıcısı və rəhbəri, rəssam-bərpaçı, akademik Krım Altınbekov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və Portuqaliyanın Tomar Politexnik Universitetinin professoru Sara Qarses mövzu ətrafında müzakirələr aparıblar.
“İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri”
Konfransın növbəti paneli “İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri” mövzusuna həsr olunub.
Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri, “Apex” hüquq şirkətinin direktoru Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən iclasda əsas məruzəçi kimi çıxın edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov iqlim dəyişiklərinin mədəni irsə təsirindən söz açıb. Qeyd edib ki, son illərdə beynəlxalq təşkilatlar tərəfindən mədəni dəyərlərin qorunması barədə müxtəlif addımlar atılıb.
Qahirə Universitetinin (Misir) professoru, UNESCO-nun eksperti Mohsen Abulnaqa UNESCO-nun şəhərsalma ilə bağlı gördüyü işlərdən danışıb.
Portuqaliya Mədəniyyət Nazirliyi yanında Mədəni İrs İnstitutunun baş arxeoloqu Joze Luis de Negreiros Monteiro iqlim dəyişiklərinin artefaktlara uzun və qısamüddətli təsirindən bəhs edib.
Türkiyədən Memar Sinan İncəsənət Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan və Haliç Universiteti Memarlıq fakültəsinin mühazirəçisi Funda Ayberkin arxeoloji ərazilərin qorunması haqqında söz açıblar.
İsveçrənin Cenevrə Universitetinin hüquq professoru, mədəni irs üzrə mütəxəssis Alessandro Çeçi münaqişə zamanı tarixi-mədəni irsin qorunması haqqında fikirlərini söyləyib.
Mədəni mülkiyyətin qanunsuz olaraq daşınması üzrə beynəlxalq ekspert, İtaliyanın Siena Universiteti CAMNES Qədim Aralıq dənizi və Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşı professor Alesiya Kuş mədəni abidələrin qanunsuz olaraq daşınmasının qarşısının alınması yollarından danışıb.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin müdir müavini Rəşad Allahverdiyev ölkəmizə xas olan spesifik mədəni və təbii irs haqqında fikirlərini bölüşüb.
“Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunma ehtiyacı”
Martın 14-də konfransın son panel iclası “Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunma ehtiyacı” mövzusuna həsr olunub.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin moderatorluğu ilə gerçəkləşən iclasdan əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizdə mədəni və təbii irsin qorunmasına daim önəm verildiyini bildirib. Qeyd edib ki, otuzillik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın minlərlə mədəni sərvəti talan edilib. Nazir müavini ümidvar olduğunu bildirib ki, bu konfransda səsləndirilən fikirlər Azərbaycanda və onun hüdudlarından kənarda mədəni irsin qorunmasına əhəmiyyətli təsir göstərəcək.
“Heritage Management Consultants”ın direktoru, mədəni irs üzrə beynəlxalq ekspert Raymond Bondin Azərbaycanın zəngin mədəni irsinin dünya miqyasına çatdırılması yollarından söz açıb.
Tokio Universiteti Muzeyinin (Yaponiya) direktoru professor Yoshihiro Nishiaki Azərbaycanın Orta Paleolit dövrünə aid olan mağaralarında aparılan araşdırmalar barədə məlumat verib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Azad Zeynalov Azərbaycanın qədim yaşayış məskəni olan Azıx mağarasının unikallığından, Son Neolit və Kalkolit (Eneolit) Arxeologiyası şöbəsinin əməkdaşı Əjdər Babazadə Azıx mağarasında aparılan yeni tədqiqat işləri haqqında danışıblar.
Tavatəpədə Azərbaycan-İtaliya birgə ekspedisiyasının üzvü Nicola Laneri Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan kurqanlardan söz açıb.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Humanitar fakültəsinin Qafqazşünaslıq Tədris-Elmi İnstitutunun professoru Roman Lolua Qafqaz Albaniyası dövlətinə məxsus əlifba ilə bağlı tədqiqatlarından danışıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva rəhbəri olduğu qurum tərəfindən görülən işlər barədə məlumat verib.
Çıxışlardan sonra elmi konfransın yekun bəyannaməsi qəbul edilib.
Qeyd edək ki, martın 15-də konfrans iştirakçılarının Xocavənd rayonundakı Azıx mağarasına, martın 16-da isə Qobustan Milli Tarix-Bədii Qoruğuna və Kəlbəcər rayonundakı Xudavəng monastırına səfərləri təşkil olunacaq.
Onu da bildirək ki, beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa və Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəlikləri və AMEA-nın tərəfdaşlığı ilə gerçəkləşir.
On March 14, an international scientific-practical conference on “Preservation of Prehistoric Human Settlements: Threats and Modern Approaches” was held at the Heydar Aliyev Center, organized by the Ministry of Culture of the Republic of Azerbaijan.
The event was attended by scientists, researchers, experts, as well as representatives of non-governmental organizations and media from several countries.
According to Medeniyyet.info.az, the participants first familiarized themselves with an exhibition of artifacts discovered from ancient settlements in Azerbaijan.
The Minister of Culture of the Republic of Azerbaijan, Adil Karimli, addressed the participants, welcoming them. He stated that the goal of the conference is to discuss new ideas and solutions for the preservation, promotion, research, and recognition of the oldest examples of cultural heritage. Additionally, the event aims to strengthen international and regional cooperation, develop new strategies for the preservation of cultural heritage, and create mechanisms for their implementation.
The Minister noted that the most valuable elements of Azerbaijan’s rich cultural heritage are the prehistoric human settlements located in the country. Numerous ancient settlements, particularly cave camps such as Azykh, Taghlar, and Damjili, as well as the Gobustan rock carvings, play a crucial role in studying the stages of human civilization’s development. These monuments are considered the cradle of civilization and culture, and they hold exceptional importance for researching the physical and spiritual development of humans, their path to perfection, labor habits, lifestyles, and migration routes.
Ancient human settlements are also valuable sources for scientific research in history, archaeology, ethnography, and cultural studies, as they represent the initial formation and flourishing of the cultural heritage of peoples.
Adil Karimli stated that the Ministry of Culture is ready to contribute to joint scientific expeditions in such historical and cultural monuments, discuss the results at the international level, and importantly, publish the research findings in both scientific and mass media to promote them among the general public and pass them on to future generations. He added, “We are also interested in working with international partners and leading foreign scientific circles in this direction.”
This is not coincidental, as the national cultural policy pursued under the leadership of President Ilham Aliyev ensures the protection, restoration, and promotion of all our cultural heritage, including historical and cultural monuments, regardless of ethnic or religious affiliation. As the head of state has noted, “Multiculturalism is the way of life of the Azerbaijani people.”
As a state that has experienced the occupation of part of its territory for nearly 30 years due to military aggression, we have lived through this bitter reality. Historical monuments were destroyed, and ancient artifacts belonging to our people were looted by the occupying forces. Additionally, illegal archaeological expeditions were conducted in the Azykh Cave, one of the oldest human settlements in the world.
In this regard, I believe that the discussions should also touch upon improving existing mechanisms and expanding monitoring capabilities of international organizations. The approval of the Monitoring Mechanisms framework under the Second Protocol of the 1954 Convention by UNESCO at the end of 2023 was a very progressive step. This mechanism should be effective not only during and after conflicts but also in times of peace. Moreover, it is important for states to use this mechanism in responding to calls for the protection of extraterritorial cultural heritage.
At the end of his speech, the Minister wished success to the conference.
The opening ceremony also featured speeches by the President of the Azerbaijan National Academy of Sciences, Academician Isa Habibbeyli; the President of the International Turkic Academy, Academician Shahin Mustafayev; the President of the Turkic Culture and Heritage Foundation, Aktoty Raimkulova; the Secretary-General of TURKSOY, Sultan Raev; UNESCO’s Director for Culture and Emergencies, Krista Pikkat; and the President of the Islamic Cooperation Organization’s Cultural Institute, Saad S. Khan, who emphasized the importance of the event.
“Ancient Human Settlements as the Cradle of Cultural Heritage”
The conference continued with panel sessions. The first panel session of the day was dedicated to the topic “Ancient Human Settlements as the Cradle of Cultural Heritage.” Moderated by Araz Baghirli, Head of the International Cooperation Sector at the Ministry of Culture, the panel featured a keynote speech by Webber Ndoro, Director of the Islamic World Heritage Center. Subsequent discussions were led by David Lordkipanidze, Director General of the Georgian National Museum; Krym Altynbekov, founder and head of the Scientific Restoration Laboratory in Kazakhstan, artist-restorer, and academician; Farhad Guliyev, Director of the Institute of Archaeology and Anthropology at the Azerbaijan National Academy of Sciences; and Sara Garcês, Professor at the Tomar Polytechnic University in Portugal.
“Ancient Human Settlements in the Face of Climate Change and Armed Conflicts”
The next panel of the conference was dedicated to the topic “Ancient Human Settlements in the Face of Climate Change and Armed Conflicts.”
Moderated by Nazli Ahmadova, Chair of the Business Law Committee at the Bar Association and Director of the “Apex” law firm, the session featured a keynote speech by Farid Jafarov, Deputy Minister of Culture, who spoke about the impact of climate change on cultural heritage. He noted that in recent years, various steps have been taken by international organizations to protect cultural values.
Mohsen Abulnaga, Professor at Cairo University (Egypt) and UNESCO expert, discussed UNESCO’s work related to urban planning.
José Luís de Negreiros Monteiro, Chief Archaeologist at the Cultural Heritage Institute under the Portuguese Ministry of Culture, spoke about the long-term and short-term effects of climate change on artifacts.
Oğuz Ceylan, Professor at Mimar Sinan Fine Arts University in Turkey, restorer-architect, and Funda Ayberk, Lecturer at the Faculty of Architecture at Halic University, discussed the preservation of archaeological sites.
Alessandro Chechi, Professor of Law at the University of Geneva (Switzerland) and cultural heritage expert, shared his thoughts on the protection of historical and cultural heritage during conflicts.
Alessia Kush, Professor at the CAMNES Center for Ancient Mediterranean and Near Eastern Studies at the University of Siena (Italy) and international expert on the illegal trafficking of cultural property, discussed ways to prevent the illegal trafficking of cultural monuments.
Rashad Allahverdiyev, Deputy Head of the Biodiversity Conservation Service at the Ministry of Ecology and Natural Resources of Azerbaijan, shared his thoughts on the specific cultural and natural heritage of our country.
“Azerbaijan’s Ancient Human Settlements as Part of World Heritage: The Need for Urgent Protection”
On March 14, the final panel session of the conference was dedicated to the topic “Azerbaijan’s Ancient Human Settlements as Part of World Heritage: The Need for Urgent Protection.”
Moderated by Elman Abdullayev, Ambassador and Permanent Representative of the Republic of Azerbaijan to UNESCO, the session began with a speech by Saadat Yusifova, Deputy Minister of Culture, who noted that the protection of cultural and natural heritage in our country has always been a priority. She mentioned that during the thirty-year occupation, thousands of cultural treasures of Azerbaijan were looted by Armenia. The Deputy Minister expressed hope that the ideas discussed at the conference would have a significant impact on the preservation of cultural heritage both in Azerbaijan and beyond its borders.
Raymond Bondin, Director of Heritage Management Consultants and international expert on cultural heritage, spoke about ways to promote Azerbaijan’s rich cultural heritage on a global scale.
Professor Yoshihiro Nishiaki, Director of the Tokyo University Museum (Japan), provided information on research conducted in Azerbaijan’s Middle Paleolithic caves.
Azad Zeynalov, Leading Researcher at the Institute of Archaeology and Anthropology at the Azerbaijan National Academy of Sciences, discussed the uniqueness of the Azykh Cave, an ancient settlement in Azerbaijan. Əjdər Babazadə, an employee of the Late Neolithic and Chalcolithic (Eneolithic) Archaeology Department, spoke about new research conducted in the Azykh Cave.
Nicola Laneri, a member of the Azerbaijan-Italy joint expedition at Tavatapa, discussed the burial mounds discovered during archaeological excavations in Azerbaijan.
Professor Roman Lolua from the Caucasus Studies Research and Educational Institute at Ivane Javakhishvili Tbilisi State University (Georgia) discussed research related to the alphabet of the Caucasian Albanian state.
Sabina Hajiyeva, Head of the State Service for the Protection, Development, and Restoration of Cultural Heritage under the Ministry of Culture, provided information on the work carried out by her organization.
After the speeches, the final declaration of the scientific conference was adopted.
It should be noted that on March 15, conference participants will visit the Azykh Cave in the Khojavand district, and on March 16, they will visit the Gobustan National Historical-Artistic Reserve and the Khudavang Monastery in the Kalbajar district.
The international scientific conference is being held with the support of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan, the Presidential Special Representations in Shusha, Aghdam, Fuzuli, and Khojavand districts, and the Azerbaijan National Academy of Sciences.





