04 iyul 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında AMEA Arxeologiya və Antropologiya İnstitutu, Keşikçidağ və Avey Dövlət Tarix-mədəniyyət qoruqları ilə birgə “Azərbaycanda qədim daş dövrünün öyrənilməsi problemləri-əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr” mövzusuna həsr olunmuş elmi-praktiki seminar təşkil olunmuşdur.

Seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d. Yaqub Məmmədov “Qarabağ və qərb bölgəsində son illərdə daş dövrü üzrə aparılmış elmi tədqiqatların nəticələri” mövzusunda məruzələrlə çıxış edib.

Tədbirdə filialın tələbələrinin həm təhsil müddəti ərzindəki nailiyyətləri qeyd edilmiş, həm də onların “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində həyata keçirilmiş arxeoloji qazıntılarda və “Yay məktəbi 5” layihəsində fəal iştirakı xüsusi vurğulanmışdır. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev qərb bölgəsində və xüsusən Çeyrançöldə yerləşən yeni aşkar edilmiş abidələrin tədqiq edilərək tələbələrin həmin abidələrə ekskursiyalarının təşkil edilməsindən, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva “Damcılı mağarasında aparılmış beynəlxalq tədqiqatlar” mövzusunda məruzələrlə çıxış etmişlər.

Seminarda Universitetin müəllim və tələbə heyəti, tədqiqatçı alimlər, qoruq əməkdaşları iştirak etmişdir. Sonda yaranan suallar ətrafında müzakirə aparılmışdır.